Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında növbəti vətəndaş qəbulu keçirilib

99

Martın 29-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev növbəti vətəndaş qəbulu keçirib.

Qəbulda 5 nəfər şəhid ailəsi olmaqla ümumi olaraq 46 nəfər iştirak edib.

Müraciətlər maddi yardım, müayinə-müalicə, iş və əmək münasibətləri, habelə digər müxtəlif məsələlərlə bağlı olub.

Qəbula gələn vətəndaşların problemləri ayrılıqda dinlənilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Vətəndaşlar əhaliyə göstərilən diqqətə görə, minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, hər həftənin cümə günü AHİK sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev saat 10:00-dan 12:00-dək vətəndaşları qəbul edir.