Baytarlıq Elmi Tədqiqat İnstitutunda hesabat-seçki yığıncağı keçirilib

120

Baytarlıq Elmi Tədqiqat İnstitutunun həmkarlar ittifaqında hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə ittifaq üzvləri ilə yanaşı, Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov və İnstitutun direktoru Siyalə Rüstəmova da iştirak edib. İnstitutun elmi kollektivinin qarşısında illik fəaliyyətlə bağlı hesabat verən həmkarlar ittifaqının sədri Eldar Kosayev görülən işlər, həyata keçirilmiş layihələr barədə danışıb.

Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov həmkarlar ittifaqının fəaliyyətinə münasibət bildirib, irad və təkliflərini səsləndirib. İnstitutun direktoru Siyalə Rüstəmova isə ittifaqın fəaliyyətindən razılığını ifadə edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Yığıncaqda həmçinin açıq səsvermə yolu ilə həmkarlar ittifaqının tərkib formalaşıb, Eldar Kosayev isə yekdilliklə yenidən qurumun sədri seçilib.

Sonda yubiley yaşı tamam olan ittifaq üzvlərinə fəxri diplom və hədiyyələr verilib.