Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü ilə əlaqədar AHY QSC-də idman yarışları keçirilir

93

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar aprel 26-dan mayın 10-dək “Azərbaycan Hava Yolları” (AHY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) struktur bölmələri və Heydər Əliyev Beynəlxalq aeroportunun ərazisində xidmət göstərən idarə və müəssislər arasında mini-futbol, 1000 metr məsafəyə qaçış, ağırlıqqaldırma, nǝrd və şahmat idman növləri üzrə yarışlar keçiriləcək.

Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (AİHİRK) tərəfindən təşkil olunan yarışların bu gün Milli Aviasiya Akademiyasının (MAA) stadionunda açılış mərasimi baş tutub.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini, Dövlət İdarələri və İctimai   Xidmət İşçiləri Həmkarlar İttifaqı  Respublika Komitəsinin (DİİXİHİ RK) sədri Hikmət Osmanov, AİHİ RK-nın sədri Mübariz Əsədov, AHY QSC-nin və MAA-nın məsul əməkdaşları iştirak ediblər.

Çıxış edən Mübariz Əsədov Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən, dövlət quruculuğu siyasətindən, xilaskarlıq missiyasından danışıb, ölkəmizdə idmanın inkişafına, yeni idmançı ordusunun yetişməsinə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Vurğulayıb ki, məhz Heydər Əliyevin təməlini qoyduğu Azərbaycanın idman siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurlu davamı nəticəsində ölkəmizdə bu sahənin kütləviliyi təmin olunub, Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb.

DİİXİHİ RK-nın sədri Hikmət Osmanov isə beynəlxalq idman yarışlarında Azərbaycan idmançılarının qazandığı nailiyyətlərdən, ölkəmizdə təşkil olunan beynəlxalq idman tədbirlərindən söz açıb.

Açılış mərasimində həmçinin MAA-nın tədris işləri üzrə prorektoru Ədalət Səmədovun, Hava Nəqliyyatında Polis İdarəsinin rəis müavini, polis polkovniki İlham Səfərovun və MAA-nın ictimaiyyətlə əlaqələr üzrə prorektoru Şəmsəddin Axundovun çıxışları dinlənilib.

Sonra Sərnişin Aviasiya Şirkətinin mini-futbol komandası ilə Hava Nəqliyyatında Polis İdarəsinin komandası üz-üzə gəlib. Qarşılaşma 5-2 hesabı ilə Sərnişin Aviasiya Şirkətinin komandasının qələbəsi ilə yekunlaşıb.