AHIK
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

HAQQIMIZDA

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası haqqında qısa məlumat

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 5-6 fevral 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqlarının qurultayında təsis edilmişdir. Həmkarlar ittifaqları üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin təmsil və müdafiə edən Naxçıvan Muxtar Respublikasının və 26 Sahə həmkarlar ittifaqı birliklərinin könüllü ittifaqıdır. AHİK 16135 həmkarlar ittifaqı təşkilatını və təqribən 1121946 həmkarlar ittifaqı üzvünü əhatə edir. 24 fevral 1994-cü ildə «Həmkarlar İttifaqları haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edilib.

AHİK-in orqanları:

Qurultay
Məclis-hər üzv təşkilatdan 5 nəfər təmsil olunur.
İcraiyyə Komitəsi- hər üzv təşkilatdan 1 nəfər təmsil olunur.
AHİK-in sədri: Möhbalıyev Səttar Suliddin oğlu
«Ülfət» qəzeti-AHİK-in mətbu orqanı
AHİK 2000-ci ildən Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının üzvüdür. AHİK sədri Səttar Möhbalıyev 2014-cü ilin may ayından BHİK-in vitse-prezidenti, 2015-ci ilin dekabr ayından isə BHİK-in Pan Avropa Regional Şurasının vitse-prezidentidir. AHİK 1992-ci ildən hökümət və işəgötürənlər birlikləri ilə birgə Beynəlxalq Əmək Təşkilatında təmsil olunur.  1998-ci ildə I Qurultayı, 2003-cü ildə II Qurultayı, 2008-ci ildə III Qurultayı, 2013-cü ildə IV Qurultayı, 2018-ci ildə V Qurultayı keçirilib.
20 dekabr 2023-cü il tarixdə Növbədənkənar VI Qurultayı keçirilib.

AHİK-in üzv təşkilatları

1. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurası
2. «Xidmət-İş» Həmkarlar İttifaqları Federasiyası
3. «Kənd-Qida-İş» Həmkarlar İttifaqı Federasiyası
4. «Metal-iş» Həmkarlar İttifaqı Federasiyası
5. Aviasiya İşçiləri Həmkarlar İttifaqı
6. Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı
7. Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı
8. «Baku Stil Kompani» MMC İşçiləri Həmkarlar İttifaqı Birliyi
9. Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı
10. Dəmiryolçuların Müsəqil Həmkarlar İttifaqı
11. Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı
12. Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı
13. Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı
14. Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqı
15. Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyi
16. “İnşaat-İş”  Həmkarlar İttifaqı
17. Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı
18. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı
19. Metropoliten İşçiləri Həmkarlar İttifaqı
20. Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı
21. Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı
22. Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı
23. Səhiyyə İşçiləri Həmkarlar İttifaqı
24. Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı
25. Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı
26. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
27. Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçiləri Həmkarlar İttifaqı

AHİK-in tabeliyində olan təşkilatlar

I. «Kurort» Qapalı Səhmdar Cəmiyyəti
II. Azərbaycan Respublikası “Turizm və Ekskursiyalar Şurası”
III. Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyi özündə 9 idman cəmiyyətlərini birləşdirir.
IV. «Azərbkolxozlararasısağlamlıq» Respublika Birliyi
V. Əmək və Sosial Münasibətlər Akademiyası

AHİK-in beynəlxalq əlaqələri

AHİK 17 oktyabr 2000-ci il tarixdən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür və bu beynəlxalq təşkilatın keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. AHİK-in nümayəndəsi bu mötəbər beynəlxalq həmkarlar ittifaqı təşkilatının icraiyyə komitəsində təmsil olunur.
AHİK 26 may 2004-cü ildən Ümumhəmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatıdır.
Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı, Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı, “İnşaat-iş” Həmkarlar İttifaqı,  Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyası Beynəlxalq “İndustry All” təşkilatının, Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Beynəlxalq Nəqliyyat Federasiyasının (London), Səhiyyə işçilərinin, Yerli, Sənaye və Kommunal  Məişət Müəssisələri İşçilərinin, Müdafiə Sənayesi İşçilərinin həmkarlar ittifaqları PSI-nın üzvüdürlər.
Türkiyə, Fransa, Belçika, İngiltərə, Almaniya, Misir, Yaponiya, Bolqariya MDB dövlətləri, Çin Respublikası və 70-ə yaxın ölkələrin həmkarlar ittifaqları mərkəzləri ilə ikitərəfli dostluq əlaqələrindədir.