Yardımlı rayonu icra hakimiyyətinin başçısı vəzifəsini müvəqqəti icra edən Azər Xamiyev

    53

    Hörmətli Səttar müəllim, Azərbaycan dövləti şəhid ailələri, müharibə veteranları və qazilərə yüksək diqqət və qayğı göstərir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etmişdir. Təqdirəlayiq haldır ki, rəhbərlik etdiyiniz qurum bu səpkili tədbirlərdə fəal iştirak etməklə, həssas təbəqədan olan sakinlərin sosial problemlərinin həllini daim diqqət mərkəzində saxlayır. Novruz Bayramı münasibətilə Sizi təbrik etməklə yanaşı, Yardımlı rayonundan olan həssas əhali qrupuna göndərilən ərzaq sovqatlarına görə dərin təşəkkürümü bildirirəm.