Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən, rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov

    58

    Şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına, aztəminatlı ailələrə qayğı ilə yanaşmaq, lazımi maddi ve mənəvi dəstəyi göstərmək dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsidir. Bu məqsədlə ölkəmizdə müxtəlif layihələr icra olunur, vətəndaş rifahının təminatı, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülür. Dövlətimizlə bərabər, ölkəmizin aparıcı ictimai təşkilatları da bu cür humanist layihələrə dəstək verir, qeyd olunan kateqoriyaya aid insanlara qayğı göstərirlər, bayramlarda və dövlətimiz üçün əlamətdar günlərdə sovqatlar, hədiyyələr göndərilir, onlar üçün bayram süfrələri təşkil olunur. Sizin rəhbərliyinizlə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası da bu tədbirlərdə fəal iştirak edir ve Sabirabad rayonundan olan şəhid ailələrini, müharibə əlillərini, aztəminatlı və digər həssas qruplardan olan ailələri də daim diqqətdə saxlayır. Novruz Bayramı ilə bağlı həssas qruplardan olan ailələrə verilən ərzaq yardımlarına görə Sizə dərin təşəkkürümü bildirirəm.