Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov

    26

    Hörmətli Səttar müəllim, Sizi və rəhbərlik etdiyiniz kollektivi Novruz Bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, can sağlığı, ruzi-bərəkət, bolluq, xoşbəxtlik və firavan həyat arzulayıram. Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri kimi bayramlar ərəfəsində Ağdam rayonunda aztəminatlı ailələr üçün göndərdiyiniz bayram sovqatları rayon əhalisi tərəfindən olduqca razılıqla qarşılanır. Buna görə Sizə rayon sakinləri adından öz minnətdarlığımızı bildirir, Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında müstəqil Azərbaycanımızın daha da inkişafı və tərəqqisi naminə şərəfli işlərinizdə uğurlar diləyirik.