Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov

    99

    Respublikamızın hər yerində şəhid ailələrinə, müharibə əlilləri və iştirakçılarına yüksək diqqət və qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bütün qurumlar qarşısında bu təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, şəhid ailələri, müharibə əlilləri və iştirakçılarına, həmçinin aztəminatlı ailələrə diqqət və qayğının göstərilməsi, onların rifah halının yaxşılaşdırılması ölkə rəhbərinin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biri olaraq davamlı prosesə çevrilmişdir. Təqdirəlayiq haldır ki, rəhbərlik etdiyiniz qurum bu tədbirlərdə fəal iştirak etməklə, bütün respublikada olduğu kimi Şamaxı rayonunda da həssas təbəqədən olan sakinlərin, o cümlədən aztəminatlı ailələrin sosial problemlərinin həllini daim diqqət mərkəzində saxlayır. Novruz bayramı münasibəti ilə Sizi təbrik edir, Şamaxı rayon sakinlərinə verilən ərzaq sovqatlarına görə dərin təşəkkürümüzü bildiririk!