Samux rayon icra hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən Tahir Qarayev

    63

    Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə və müharibə iştirakçılarına xüsusi diqqət və qayğı dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biridir.

    Dövlətimizlə bərabər, ölkəmizin aparıcı ictimai təşkilatları da bu cür humanist layihələrə dəstək verir, qeyd olunan kateqoriyaya aid insanlara qayğı göstərirlər, bayramlarda və dövlətimiz üçün əlamətdar günlərdə sovqatlar, hədiyyələr göndərilir, onlar üçün bayram süfrələri təşkil olunur.

    Sizin rəhbərliyinizlə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası da bu tədbirlərdə fəal iştirak edir və Samux rayonundan olan şəhid ailələrini, müharibə əlillərini, aztəminatlı və digər həssas qruplardan olan ailələri də daim diqqətdə saxlayır. Novruz bayramı ilə bağlı həssas qruplardan olan ailələrə verilən ərzaq yardımlarına görə Sizə dərin təşəkkürümü bildirirəm.