Naxçıvan MR Həmkarlar İttifaqları Şurası

    44

    Hörmətli Səttar müəllim!

    Siz ulu öndər Heydər Əliyevin və Cənab Prezident İlham Əliyevin siyasi kursunu rəhbər tutaraq Azərbaycan Həmkarlar İttifaqlarının sədri işlədiyiniz dövrdə qazandığınız nəaliyyətlərdə və inkişafında etdiyiniz xidmətlərə görə sizə minnətdarıq.

    Mənim 77 yaşım var, II- dərəcəli əliləm. Təqaüdə çıxdıqdan sonra yoldaşlarla birlikdə Rusiya, Gürcüstan, Belarusiya və Ukraniyada olan Sanatoriyalarda müalicə kursları keçirdik, artıq iki ildir ki, “Şıx” sanatoriyasına gedirik. Xəstəliklə əlaqədar olaraq Bakıda yerləşən dövlət və özəl xəstəxanalarda olmuşam ancaq heç bir effekt olmayıb.

    “Şıx” sanatoriyasında Baş həkim Güləbatın xanım Süleymanova çox yüksək səviyyədə nizam intizam təşkil etmişdir. Tibb işçiləri “HİPOKRAT” andına sadiq qalaraq peşəkarlıqla bizləri müalicə edirdilər. Şəxsən baş həkim Gültəkin xanım və müavini Şəfəq xanım Hüseynova yeməkxanada yeməklərin rasionuna və müalicə prosedurlarına gündəlik nəzarət edirdilər.

    Biz 15 gün ərzində tam sağalaraq ailəmizə qovuşduq. Ona görə sizə və “Şıx” sanatoriyasının işçilərinə, Gültəkin xanım Süleymanovaya, Baş Həkim Müalicə həkimi Baş tibb bacısı Qeydiyyatçı Təsərrüfat bacısı Şəfəq xanım Hüseynovaya, Arzu xanım Mehdiyevaya Sahibə xanım Abbasovaya Nargilə xanım İbrahimovaya, Tibb Bacıları Güləbatın Gülməmmədova, Aynurə Cəbrayılova, Xədicə Talıbova, Elmira Agarzayeva, Zeynəb Kominski, Gülxarə Quliyeva, Esmira Babayeva, Təranə Babayeva, ofisiantlardan Xalidə Novruzova, Tənzilə Baxşıyeva, Raisa Şıxıyeva Xadimə Turanə Rzayeva və digərlərinə şəxsən öz adımdan ailə üzvülərimin və yoldaşlarımın adından dərin minnətdarlıgımızı bildiririk.