Bərdə rayon Xəsilli kənd ƏİD-nin Qazaxlar kənd sakini Nizami Abbasov

    33

    Hörmətli cənab Sədr, azıb Sizə bildirirəm ki, mən Mərdəkan qəsəbəsi “Abşeron” sanatoriyasında müalicə almaq üçün Sizin İttifaqa göndəriş almağa görə müraciət elədim. Sizin İttifaqın əməkdaşlarına öz minnətdarlığımı bildirirəm ki, mənim müraciətimi cavabsız qoymadılar. Az bir müddətdə mənə göndəriş verildi. Hər birimizə məlumdur ki, möhtərəm prezidentimiz İlham Əliyev cənabları qeyd edir ki, hər bir səlahiyyət sahibi xalqın xidmətində durmalıdır. Bu göstərişə sözsüz əməl edən kollektivə öz minnətdarlığımı bildirirəm və o cümlədən Azərbaycan Kand Təsərrüfatı və Qida İşçiləri Həmkarlar İttifaqınının Fedarasiyasında işləyən Leyla xanıma öz təşəkkürümü bildirirəm. “Abşeron” sanatoriyasına müalicə almaq üçün 23.03.2024-cü il tarixdən 06.04.2024-cü il tarixə qədər mənə göndəriş verildi. Kaş bütün ixtiyar sahibləri onlara olunan müraciətləri Sizin əməkdaşlar kimi tez bir zamanda müsbət həll etsinlər. Sizlərin hər birinizə və o cümlədən “Abşeron” sanatoriyasınının bütün kollektivinə öz təşəkkürümü və minnətdarlığımı bildirirəm. Tanrı yardımcınız olsun.