SİHİ RK-nın rayon şuralarında seçkilər keçirilib

91

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (SİHİ RK) Samux, Kəlbəcər, Daşkəsən və Göygöl rayon şuralarında hesabat-seçki konfransları keçirilib.

Konfranslarda SİHİ Şuralarının və təftiş komissiyalarının hesabatları dinlənilib və şuraların fəaliyyəti qənaətbəxş hesab olunaraq təsdiqlənib.

Həmçinin seçkilər keçirilib, şuraların sədrləri, tərkibi və təftiş komissiyalarının üzvləri seçilib.
Tədbirlərdə iştirak edən SİHİ RK sədrinin birinci müavini Elnara Muradova yenidən seçilmiş sədrlərə fəaliyyətlərində uğurlar arzulayıb, bir sıra tapşırıq və tövsiyələrini verib.