“Azaloil” Yanacaq-Sürtkü Materialları İdarəsində hesabat-seçki yığıncağı keçirilib

85

“Azərbaycan Hava Yolları” QSC “Azaloil” Yanacaq-Sürtkü Materialları İdarəsinin Həmkarlar ittifaqı komitəsində hesabat-seçki yığıncağı keçirilib.

Yığıncaqda İdarənin direktoru Rüfət Quliyev, direktor müavini Valeriy Seterjev, Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Təşkilat şöbəsinin müdiri İlhamə Heydərova və İdarənin kollektivi iştirak ediblər.

Tədbirdə komitənin və Təftiş komissiyasının 2017-2024-cü illər üzrə hesabatı dinlənilib. Həmçinin gündəlikdə duran bütün məsələlər ətrafında geniş müzakirələr və çıxışlar dinlənildikdən sonra müvafiq qərarlar qəbul olunub. Sonra seçkilər keçirilib, komitənin və Təftiş komissiyasının üzvləri seçilib, Respublika Komitəsinin qarşıdakı tədbirlərinə nümayəndələr müəyyənləşib. Qəmbər Məmmədov isə yenidən  “Azaloil” Yanacaq-Sürtkü Materialları İdarəsi Həmkarlar ittifaqı komitəsinin sədri vəzifəsinə təsdiqlənib.