Baytarlıq Elmi Tədqiqat İnstitutunda görüş keçirilib

135

Mayın 22-də Baytarlıq Elmi Tədqiqat İnstitutunda kollektivlə görüş keçirilib. Görüşdə Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Birliyinin (ASİHİB) sədri Fuad Məmmədov, Rəyasət heyətinin üzvü Ruslan Zeynalov və qurumun etimadlı həkimi Söhrab Mansırov iştirak edib.

İnstitutun direktoru Sialə Rüstəmova elm ocağının son dövrlərdəki nailiyyətlərindən, qarşıda duran vəzifələrdən və alimlər üçün yaradılan şəraitdən danışıb.

ASİHİB-in sədri Fuad Məmmədov kollektiv qarşısında geniş nitq söyləyib, əmək münasibətləri, həmkarlar ittifaqlarının fəaliyyəti, eləcə də işçiləri qayğılandıran sualları cavablandırıb.

Sonda 85 illik yubileyi olan İnstitutun alimi, baytarlıq üzrə fəlsəfə doktoru Əşrəf Məmmədlini kollektiv adından təbrik edilib.