Əmək münasibətlərinin tənzimlənməsində sosial tərəfdaşların rolu fermerlərin diqqətinə çatdırılıb

109

Martın 27-də Quba şəhərində Aqrar Biznes Festivalı keçirilib. Festivalın məqsədi kənd təsərrüfatı fəaliyyətinin  maraqlı tərəfləri olan təchizatçı şirkətlərlə fermerləri bir araya gətirməkdir.

Festival çərçivəsində fermerlər üçün təlimlər bank və bank olmaya kredit təşkilatları tərəfindən güzəştli kreditlərin verilməsi ilə bağlı məlumatlar verilib, fermerlər üçün müxtəlif mövzularda panellər təşkil olunub. Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov və Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov fermerlər və müəssisə rəhbərləri üçün  təşkil olunan “Sosial tərəfdaşlıq” mövzusunda paneldə çıxış ediblər.

Onlar əmək münasibətlərinin tənzimlənməsində sosial tərəfdaşların rolundan danışaraq tərəflərin öhdəliklərini fermerlərin diqqətinə çatdırıblar. Birliyin sədri Fuad Məmmədov sahə həmkarlar ittifaqının yaranması perspektivindən də söz açıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.