AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Xəzər Dəniz Gəmiçiliyinin kollektivinə təbrik məktubu ünvanlayıb

1078

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin kollektivi təbrik edib.

Təbrikdə deyilir:

Sizi və rəhbərlik etdiyiniz kollektivi  25 iyun – Beynəlxalq Dənizçilər günü münasibətilə təbrik edir, işinizdə uğurlar arzulayıram.

Ulu Öndər Heydər Əliyevin dəniz nəqliyyatının inkişafı istiqamətində formalaşdırdığı siyasət onun  layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızda iqtisadiyyatın bütün sahələri ilə yanaşı, dəniz nəqliyyatının da  sürətli inkişafı, dəniz nəqliyyatı sahəsində təhlükəsizliyin artırılması istiqamətində atılan addımlar möhtərəm prezidentimiz İlham Əliyevin gərgin əməyinin nəticəsidir. Qeyri-neft sektorunun inkişafında mühüm rolu olan nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, tranzit imkanlarının genişləndirilməsi üçün modern nəqliyyat infrastrukturu yaradılır, tranzit potensialı artırılır. Bu baxımdan, regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi strategiyasının tərkib hissəsi olan, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi Respublikanın tranzit imkanlarının genişləndirilməsində həlledici rola malikdir.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin kollektivi Sizin rəhbərliyinizlə dəniz nəqliyyatının inkişaf etdirilməsində öz bacarıq və təcrübəsini əsirgəməyərək, dünya təcrübəsindən məharətlə istifadə etməklə müsbət nəticələr qazanmaqdadır. Dənizçilərin daha yaxşı şəraitlə təmin olunması, sosial rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər bu peşəyə verilən yüksək dəyərin göstəricisidir.

Sizi və şəxsinizdə bütün dənizçiləri bir daha coxsaylı həmkarlar ittifaqları üzvləri adından bayram münasibətilə təbrik edir, yeni nailiyyətlər diləyirəm.