Səhiyyə sahəsi həmkarlar ittifaqlarında hesabat-seçki yığıncaqları keçirilib

67

Azərbaycan Tibb Universiteti Həmkarlar ittifaqı komitəsində hesabat-seçki yığıncağı keçirilib.

Tədbirdə rektor Gəray Gəraybəyli, prorektorlar, fakültə dekanları, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Arif Mərdanov və sədrin birinci müavini Elnara Muradova iştirak ediblər.

Komitə sədrinin ötən dövrə aid hesabatı dinlənilib və üzvlər tərəfindən qənaətbəxş olaraq qiymətləndirilib.

Yığıncaqda həmçinin seçkilər keçirilib, komitənin yeni tərkibi formalaşıb.

Qeyd edək ki, bundan başqa, 1 nömrəli Bakı Tibb Kolleci, 2 nömrəli Bakı Baza Tibb Kolleci, Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Respublika Narkoloji Mərkəzinin, həmçinin Zərdab, Kürdəmir, Sabirabad, Qazax, Ağstafa, Şəmkir, Yevlax, Salyan, Neftçala, Şirvan, Ağdaş, Ucar, Şamaxı, Qobustan, Masallı, Astara, Lerik, Ağdam, Füzuli və Göyçay rayon və şəhərlərinin səhiyyə sahəsinin həmkarlar ittifaqlarında hesabat-seçki yığıncaqları baş tutub.