Energetika sahəsinin həmkarlar ittifaqlarında yığıncaqlar keçirilib

230

Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqının Şirvan Regional Elektrik Şəbəkəsi, Cənub Elektrik Stansiyası, Xaçmaz Regional Elektrik Şəbəkəsi, Şahdağ Elektrik Stansiyası və Xaçmaz Elektrik Stansiyası məhdud məsuliyyətli cəmiyyətlərin ilk həmkarlar ittifaqı komitələrində hesabat-seçki yığıncaqları keçirilib.

Tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncaqlarında komitələrin ötən dövr ərzində gördüyü işlər barədə hesabatları dinlənilib. Qeyd olunub ki, müəssisə və təşkilatlarda Kollektiv Saziş və Müqavilələrin şərtləri yerinə yetirilib, işçilərin əmək hüquqlarının qorunması, iş şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi, texniki-təhlükəsizlik qaydalarının yerinə yetirilməsi kimi sahələrə diqqət və nəzarət artırılıb. Həmçinin komitələrin təşkilatçılığı ilə milli, dövlət və digər bayramlar təntənəli surətdə qeyd olunub.

Yığıncaqlarda mövcud problemlərə də toxunulub, onların həlli yolları müzakirə edilib. Eləcə də tədbirlərdə seçkilər keçirilib, Komitələrin və təftiş komissiyalarının yeni tərkibi formalaşıb.

Qeyd edək ki, keçirilən yığıncaqlarda Respublika Komitəsinin və “Azərenerji” ASC-nin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədrləri iştirak və çıxış ediblər.