Şəhid ailələrinə bayram sovqatı verilib

117

Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası himayəsində olan  şəhid ailələrini daim diqqət mərkəzində saxlayır, bütün bayramlarda və əlamətdar günlərdə onlar ziyarət olunur, sovqatlar və yardımlar verir.

Ramazan bayramı ərəfəsində Federasiyanın Aparat rəhbəri Rüfət Bürcəliyev və  Maliyyə şöbəsinin təlimatçı-təftişçisi Fərid Qasimov Ağsu və Qazax rayonlarında, eləcə də Mingeçevir şəhərində şəhid ailələrini ziyarət ediblər.

Şəhidlərin ailə üzvləri ilə söhbətləşən Federasiyanın məsul işçiləri və HİK sədrləri onların problemləri ilə maraqlanıblar.

Şəhid ailələrinə qarşıdan gələn Ramazan bayramı münasibəti ilə Federasiya adından bayram sovqatı çatdırılıb.