“Hər Şey Vətən Üçün” mövzusunda ümumrespublika tədbiri keçirilib

125

Aprelin 9 da AMEA Rəyasət Heyətinin və Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Müqəddəs Ramazan Bayramı ərəfəsində Qazilərin və Şəhid ailələrinin iştirakı ilə “HƏR ŞEY VƏTƏN ÜÇÜN” mövzüsunda ümumrespublika tədbiri keçirilib.

Tədbirə AMEA Rəyasət Heyəti, o cümlədən elmi-ictimai təşkilatlar, Qazilər və Şəhid ailələri, elmi tədqiqat institutlarının rəhbərlikləri, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası, AMEA Həmkarlar İttifaqı və təşkilatları, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı, AMEA-nın Qadınlar Şurası, AMEA-nın institut və təşkilatlarında fəaliyyət göstərən YAP ilk ərazi təşkilatlarının sədr və müavinləri qatılıb.  Əvvəlcə Dövlət Himni səslənib, Vətənimiz uğrunda şəhid olmuş qəhrəmanlarımızın və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş nitqi ilə açan AMEA-nın Prezidenti, Akademik İsa Həbibbəyli, Müqəddəs Ramazan Bayramı münasibəti ilə Qaziləri, Şəhid ailələrini və akademiya ictimaiyyətini təbrik edib. Bildirib ki, Müzəffər Ali Baş Komandanın iradəsi ilə hədəfləri güclü Azərbaycan daha da inkişaf etməkdədir. AMEA Prezidenti elm adamların üzərinə düşən məsuliyyəti və akademiyanın prioritet inkişaf istiqamətlərini şərh edib. Dövlətimizin qazi və şəhid ailələlərinə göstərdiyi diqqətin həmrəyliyimizdəki rolunu diqqətə çatdırıb.  Tədbirdə informasiya müharibəsində qalib gəlmiş Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev  adlı video çarx nümayiş etdirilib. AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov çıxış edərək, Müqəddəs Ramazan Bayramı ərəfəsində belə bir tədbirin keçirilməsindəki dəstəyə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib. Vətən müharibəsindən sonrakı reallıqlarda elmi-ictimai təşkilatların həmrəyliyimizdəki rolunu önə çəkib. Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan baş leytenant Radif Mustafayev, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun YAP ilk Ərazi təşkilatının sədri Mərziyyə Nəcəfova, AMEAnın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elmir Babayev, Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar Təşkilatının sədri Asya Əhmədova, Bakıxanov adına Tarix İnstitutu YAP ilk Ərazi təşkilatının sədri Bəxtiyar Əhmədov, Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Xanımağa İsmayılova Müqəddəs Ramazan Bayram münasibəti ilə iştirakçıları təbrik ediblər. Ali Baş Komandanın müdrik siyasətinin ətrafında sıx birləşdiklərini və dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqəti faktlarla izah ediblər. AMEA-nın Vitse Prezidenti İradə Hüseynova xalqımızın həmrəylik, sağlıq və mərhəmət bayramı ərəfəsində tədbirin əhəmiyyətindən danışaraq xalqımızın Ali Baş Komandan ətrafında birliyini təhlil edib. Sonda Qazi və Şəhid ailələri adından ehtiyatda olan zabit I və II Qarabağ Müharibəsinin iştirakçısı Gəray Əsədov çıxış edərək, ordumuzun Ali Baş Komandan ətrafında sıx birliyindən və özünün döyüş yolundan danışıb. Dövlət başçısına və Akademiya rəhbərliyinə minnətdarlığını ifadə edib.

Tədbirdə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqınin sədri Mehman İsmayılovun Vətən müharibəsində Cənab İlham Əliyevin cıxışlarından ibarət olan “İnformasiya müharibəsində qələbə – Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev” adlı kitab iştirakçılara təqdim olunub.