ÜZV TƏŞKİLATLAR

Aviasiya İşçiləri
Həmkarlar İttifaqı Respublika Komitəsi

 

  • 1923-cü ildə aviasiya işçilərinin bir hissəsi Bakıda Yerli nəqliyyat ittifaqında könüllü surətdə “Zakavia” aviator cəmiyyətində birləşmişdir.
  • 1934-cü ildə sürücü və aviasiya işçilərinin Həmkarlar İttifaqı təsis edilmiş, 1937-ci ilin iyulunda isə birinci Konfransı keçirilmişdir.
  • Aviasiya İşçiləri HİRK 10 mindən artıq həmkarlar ittifaqı üzvünü öz ətrafında birləşdirməklə 15 ilk həmkarlar ittifaqını əhatə edir.
  • Aviasiya İşçiləri Həmkarlar İttifaqının ali orqanı Konfransdır. Konfrans 5 ildən bir keçirilir. Konfranslararası müddətdə ali orqan Plenum, Plenumlararasında onun icraçı orqanı Rəyasət Heyətidir.
  • Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Beynəlxalq Aviasiya işçiləri Həmkarlar İttifaqı Birliyinin üzvüdür.
Aviasiya İşçiləri
Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri
Əsədov Mübariz Qədir oğlu
  • 1 may 1965-ci ildə Göyçay şəhərində anadan olub.
  • 1982-ci ildə 3 saylı Beynəlmiləl orta məktəbi bitirib.
  • Məktəbi bitirdikdən sonra 1982-ci ildə Göyçay rayon Kənd Təsərrüfatı müəssisəsində işə qəbul olunub.
  • 1983-cü ilə əsgəri xidmətə yola düşüb.
  • 1986-cı ildə Bakı Yeyinti –Sənaye texnikomuna daxil olub. Texnikomu bitirdikdən sonra 1989-cu ildə Azrbaycan Texniki Universitetinin qiyabi şöbəsinə daxil olub.
  • 1986-cı ildə Bakı taro-montac müəssisəsində işə qəbul olub. 1989-cu ildə 26 Bakı Komissarı adına zavodda çilingər vəzifəsində işləyib. 1993-1994-cü illərdə Bakı Qafqaz Enerji İstehsalat Birliyində mühəndis vəzifəsində, 1994-1995-ci illərdə «Marketinq -XX» jurnalında menecer vəzifəsində çalışıb.
  • 22 oktyabr 1997-ci ildən Aviasiya Təhlükəsizlik İdarəsinin Aviasiya Təhlükəsizlik Xidmətində agent vəzifəsində işləyib. 2006-cı ilin iyul ayında Aviasiya Təhlükəsizlik İdarəsinin həmkarlar ittifaqı komitəsinin sədri seçilib.
  • 10 sentyabr 2020-ci ildən Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin IV
  • Plenumunun qərarı ilə Respublika Komitəsinin sədrivəzifəsinə seçilib. Ailəlidir. 2 övladı var.
 
Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi

Sahə həmkarlar ittifaqlarının tarixi XX əsrin ortalarından başlayır və hal-hazırda respublika həmkarlar ittifaqının sıralarında 14 mindən artıq həmkarlar ittifaqı üzvü vardır. Respublika Komitəsinin tərkibində 176 ilk təşkilat, 10 Birləşmiş Həmkarlar İttifaqı Şurası vardır. Sahə həmkarlar ittifaqının ali orqanı 5 ildən bir keçirilən qurultaydır. Sahə həmkarlar ittifaqı Beynəlxalq Həmkarlar İttifaqı Birliyi və Beynəlxalq Nəqliyyatçılar Federasiyasının üzvüdür. 2010-cu ildə Gürcüstanın sahə həmkarlar ittifaqı ilə əməkdaşlıq barədə ikitərəfli müqavilə bağlanmışdır.

Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri
  • Kərimov Hüseyn Qubad oğlu 2 avqust 1956-cı ildə anadan olmuşdur.
  • 1977-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun “Əməyin iqtisadiyyatı” fakültəsini bitirmişdir.
  • Əmək fəaliyyətinə 1977-ci ildə Azərittifaqın rayonlararası avtobazasında mühasibatlıqda başlayıb və həmin il hərbi xidmətə çağırılıb.
  • 1979-cu ildə Göyçay Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsində əmək haqqı üzrə mühasib,
  • 1984-cü ildən 1990-cı ilə qədər həmin idarədə baş iqtisadçı vəzifəsində işləyib.
  • 1990-1993-cü illərdə Bakı şəhər Pivə İstehsalat Birliyində sex ustası və sex rəisi,
  • 1993-1995-ci illərdə “Mərhəmət-1” kiçik müəssisəsində mühasib, 1995-2004-ci illərdə Azərittifaqın tələbə istehlak idarəsində iqtisadçı,
  • 2004-2006-cı illərdə Aztelekom İstehsalat İdarəsində iqtisadçı vəzifələrində çalışmışdır.
  • 2006-cı ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiəsi Fondunun Xəzər, 2008-ci ildə Nərimanov,
  • 2011-ci ildə Binəqədi, 2018-ci ildə  Səbail  rayon şöbələrinin müdiri vəzifələrində işləmişdir.
  • 2019-cu ildə “Azərişıq” ASC-nin Həmkarlar İttifaqı Birliyinin sədri  işləmişdir.
  • 17 iyul 2020-ci ildə Azərbaycan Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının sədri vəzifəsinə seçilmişdir.
  • Ailəlidir, 3övladı, 9 nəvəsi var.

 

Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı haqqında qısa məlumat

 

27 oktyabr 1992-ci ildə yaradılmış Azərbaycan Milli Elmlər Akademiyası
Azad Həmkarlar İttifaqı 50 ilk təşkilatı və 10144 üzvü özündə birləşdirir. 
1998-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar
İttifaqı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tərkibinə daxil
olmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının qurultayı
5 ildə bir dəfə keçirilir. Qurultayın keçirilmə vaxtı Məclis tərəfindən
müəyyən edilir. Sonuncu Qurultay 17 noyabr 2017-ci ildə keçirilmişdir.

Qurultaylar arası dövrdə ali orqan Məclisdir. Məclis ildə 2 dəfə keçirilir.
İttifaqın Rəyasət Heyətinin iclası ayda 1 dəfə keçirilir.

2020-2022-ci illər Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar
İttifaqının və Milli Elmlər Akademiyasının Rəyasət Heyəti arasında
kollektiv saziş, ilk həmkarlar ittifaqı təşkilatları ilə işəgötürənlərlə kollektiv
müqavilələr bağlanmışdır.

Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri 

Sənan Həsənov

Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsi

 

  • Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı 10 iyul 2001-ci ildə özünün təsis yığıncağını keçirərək 4 aprel 2002-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır.
  • Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı Azərbaycan Respublikasının Konstitusiyasına, “Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikası Qanununa, həmkarlar ittifaqının fəaliyyətinə aid olan başqa qanunvericilik aktlarına və Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının Nizamnaməsinə uyğun olaraq bələdiyyələrin, bələdiyyələrin yaratdıqları istehsal və qeyri-istehsal sahələrində çalışan işçilərin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün yaradılmış müstəqil, qeyri-siyasi, ümumölkə ictimai birliyidir.
  • Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının ali orqanı Qurultaydır, qurultaylararası dövrdə isə Məclisdir, Məclislərarası dövrdə icraçı orqan - İcraiyyə Komitəsidir.
  • Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının II Qurultayı 28 sentyabr 2007-ci ildə keçirilmişdir. Qurultayda Azərbaycan Bələdiyyə Qulluqçularının Həmkarlar İttifaqının adında dəyişiklik edilərək Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı adlandırılılmışdır.
  • 01.01.2011-ci il tarixə olan məlumata görə ABİHİ-nin 7150 nəfər həmkarlar ittifaqı üzvü vardır. Respublikanın 49 şəhər və rayonlarında ABİHİ-nin rayon komitələri fəaliyyət göstərir.
  • Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının nəzdində “Gender bərabərliyi siyasəti”ni həyata keçirən işçi qrupu, gənclərlə iş, əmək və sosial hüquqların müdafiəsi, təhsil və idman bölmələri fəaliyyət göstərir.
  • Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür və beynəlxalq əlaqələrin yaradılmasına böyük önəm verir. Hazırda Türkiyə Respublikasında bələdiyyələr sahəsində fəaliyyət göstərən “Belediye-İş” Sendikası ilə sıx əlaqələr qurulmuş və təcrübə mübadiləsi aparılmaqdadır.
Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının sədri
Xəlilov Məhərrəm Həsən oğlu
  • 1958-ci ildə anadan olmuşdur. M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu bitirmişdir.
  • Əmək fəaliyyətinə orta məktəbdə müəllim kimi başlamışdır.
  • 1989-cu ildən 2004-cü ilə kimi «Ümumittifaq neft elmi-tədqiqat institutu»nda, «Telli» kiçik müəssisəsində, «Xəzərin keşiyində», «Azərbaycan ordusu» qəzetlərində, Abşeron rayon Meşə yaşıllaşdırma hissəsində və Nəsimi rayon Veteranlar Şurasında müxtəlif vəzifələrdə işləmişdir.
  • 2004-cü ildən ABİHİ-nin Abşeron rayon komitəsinin sədri olmuş,
  • 2011-ci il fevral ayından Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının sədri vəzifəsinə seçilmişdir
  • Yeni Azərbaycan Partiyasının üzvüdür.
  • Ailəlidir, İki övladı var.

 

“Baku Stil Kompani”MMC İşçiləri Həmkarlar İttifaqı Birliyi
  • «Baku   Stil Kompani» İşçiləri Həmkarlar İttifaqı 06 oktyabr 2004-cü ildə yaradılmışdır. 2010-cu ildən Baku Stil Kompani MMC İşçiləri Həmkarlar İttifaqı Birliyi adı altında öz fəaliyyətini davam etdirir.  
  • Birliyin xidmət dairəsinə «Baku Steel Company» Şirkətində və «Baku Oksigen Company» ASC-də çalışan 1800 nəfərdən çox həmkarlar ittifaqı üzvü daxildir.  
  • Həmkarlar İttifaqı Birliyinin ali orqanı beş ildə bir dəfədən gec olmayaraq çağırılan Konfransdır. Konfranslararası dövrdə Həmkarlar İttifaqı Birliyinin rəhbər orqanı Məclisdir, cari işlərin aparılması üçün İcraiyyə Komitəsi seçilir.  
  • İşəgötürənlə əmək kollektivinin arasında əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləmək məqsədi ilə 2010-2012-ci illər üçün bağlanmış Kollektiv Müqavilədən istifadə   olunur.
 
Baku Stil Kompani   MMC İşçiləri Həmkarlar   İttifaqı Birliyinin sədri
Abbasov Asif Nuru oğlu

 

Abbasov Asif Nuru oğlu 15 avqust 1960-cı ildə Tovuz rayonunun Yanıqlı kəndində anadan olub. 1977-ci ildə Yanıqlı kənd orta məktəbinin 10-cu sinfini bitirib. 1985-ci ildə M.Əzizbəyov adına Neft və Kimya İnstitunun  mühəndis-mexanika fakültəsini bitirib.

1978-1980-ci illərdə hərbi xidmətdə olub.

1981-1986-cı  illərdə S.M.Kirov adına maşınqayırma zavodunda çilingər, usta və mühəndis işləyib. 1986-1990-cı illərdə Bakı Maşınqayırma Texnikumunda komsomol komitə katibi kimi çalışıb. 1986-1988-ci illərdə Marksizm-Leninizm Universitetində dinləyici olub. 1990-1991-ci illərdə SSRİ DTK-nın ali kurslarında təhsil alıb. 1991-2011-ci illərdə Milli Təhlükəsizlik nazirliyində həqiqi hərbi xidmətdə olub. 2013-2016-cı illərdə “Turan Bank” ASC-də Bank təhlükəsizliyi departamentinin direktoru vəzifəsində işləyib. 2016-2021-ci ilin iyul ayının 11-nə kimi Dövlət Təhlükəsizliyi Xidmətində çalışıb.

2021-ci ilin iyun ayının 11-dən öz xahişi ilə işdən azad olunub.  İşlədiyi müddətdə Azərbaycan Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” və “İgidliyə görə” medalları ilə təltif olunub. Müharibə veteranıdır.

 2021-ci ilin iyun ayında “Baku Stil Kompani” MMC İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri seçilib.

Ailəlidir.  Bir övladı var.

Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi
  • Azərbaycan dəmir yolu ilk həmkarlar ittifaqı təşkilatı iyirminci əsrin əvvəllərində, 7 oktyabr 1905-ci ildə Bakıda Zaqafqaziya, Vladiqafqaz və Orta Asiya dəmir yolları fəhlə və qulluqçularının konfransında yaradılmışdır.  
  • SSRİ yaradılandan sonra dəmiryolçuların həmkarlar ittifaqı təşkilatı Zaqafqaziya Dəmir Yolu həmkarlar ittifaqı təşkilatının tərkibində fəaliyyət göstərmişdir. 1955-ci il oktyabrın 13-də müstəqil Azərbayjan dəmir yolu təşkil edildikdən sonra Azərbaycan dəmiryolçularının həmkarlar ittifaqı müstəqil olaraq fəaliyyətini davam etdirmişdir. 2001-ci ildən Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi (Azərbaycan Dəmiryolçularının MHİRK) adlandırılmışdır.  
  • 2021-ci ilin əvvəlinə 19 min nəfərə yaxın üzvü olan Azərbayan Dəmiryolçularının MHİRK 6 birləşmiş və 83 müəssisə və təşkilatların həmkarlar ittifaqı komitələrini əhatə edir. İttifaqın Nabran zonasında «Lokomativ» istirahət mərkəzi fəaliyyət göstərir.  
  • Dəmiryolçuların Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Ümumdünya Nəqliyyat İşçİlərinin Həmkarlar İttifaqı Federasiyasının üzvüdür.
Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı
Respublika Komitəsinin sədri
  •  
Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri
Həmkarlar İttifaqı Respublika Komitəsi

 

Xəzər dənizçiləri həmkarlar ittifaqının əsası 1906-cı ildə «Dənizçilərin həmkarlar cəmiyyəti» adı ilə yaradılmışdır.

Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Müstəqil Həmkarlar İttifaqı 12.03.1993-cü il tarixdə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış Azərbaycan Su Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqının hüquqi varisidir.

Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Müstəqil Həmkarlar İttifaqı Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı həmkarlar ittifaqı təşkilatlarını öz ətrafında birləşdirir.

Həmkarlar ittifaqı 7634 üzv və 17 ilk həmkarlar ittifaqı təşkilatını özündə birləşdirir.

Həmkarlar ittifaqının ali orqanı beş ildən bir çağırılan qurultaydır. Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Müstəqil Həmkarlar İttifaqının sonuncu qurultayı 3 oktyabr 2012-ci il tarixdə keçirilmişdir.

Qurultaylararası dövrdə rəhbər orqan ildə bir dəfədən az olmayaraq çağırılan   respublika komitəsinin plenumudur.

Plenumlararası dövrdə isə Rəyasət Heyətidir.

Sahənin bütün müəssisə və təşkilatlarında istehsalat məsələləri ilə yanaşı, işçilərin sosial problemlərinin həlli işəgötürən və həmkarlar ittifaqı komitələri arasında bağlanan kollektiv müqavilə ilə tənzimlənir.

Dəniz Nəqliyyatı İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sahə xidmətinə daxil olan Gəmiçiliyin idarə və müəssisələrində, eyni zamanda Bakı Beynəlxalq Dəniz Ticarət Limanında işəgötürənlə həmkarlar ittifaqı komitəsi arasında kollektiv müqavilə bağlanmışdır. Bununla yanaşı Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi arasında Sahə (Tarif) Saziş imzalanmışdır.

Respublika Komitəsi 1992-ci ildən Nəqliyyatçıların Beynəlxalq Federasiyasının və Beynəlxalq Su Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.

 

Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri 
 
Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri
Allahverdiyev Səməd Oysar oğlu 
 
 

1960 - cı il martın 11-də anadan olmuşdur. Səkkizillik məktəbi bitirdikdən sonra təhsilini 1976-cı ildə Bakı şəhərində davam etdirimişdir.

1978 - 1980-ci illərdə Sovet Ordusu sıralarında Çexoslovakiyada hərbi
xidmətdə olmuşdur.

1980 - cı ildə Abşeron Rayon Dəniz Neft Donanma İdarəsinə matros şagirdi
kimi işə qəbul olunmuşdur. İstehsalatdan ayrılmamaq şərtilə

1983-cü ildə Bakı Dəniz Yolları məktəbini bitirərək, texnik-gəmisürücüsü ixtisası almışdır. ARDNDİ-nin gəmilərində 1-ci dərəcəli matros, kapitanın böyük köməkçisi,
kapitan vəzifələrində işləmişdir.
1993 - cü ildə Abşeron rayon Dəniz Neft Donanma İdarəsi Həmkarlar İttifaqı
KOmitəsinin sədri vəzifəsinə seçilmişdir.

1999 - cu ildə Donanma işçilərinin Konfransında Xəzər Dəniz Neft Donanması
Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin Sədri vəzifəsinə seçilmişdir.

2004 - cü ildə Moskva Əmək və Sosial Münasibətlər Akademiyasını bitirərək
iqtisadçı ixtisasına yiyələnmişdir.
Həmkarlar İttifaqı orqanlarında işlədiyi müddət ərzində Azərbaycan Neft və
Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin, Azərbaycan
Həmkarlar İttifaqı Konfederasiyasının və Beynəlxalq Həmkarlar İttifaqları
Konfederasiyalarının Fəxri Fərmanları işlə təltif edilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 27.11.2005-ci il tarixli 1117 nömrəli
Sərəncamına əsasən  “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

1998 - ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

2017 - ci il Oktyabr ayının 18-də Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqının
VI qurultayında Respublika Komitəsinin sədri vəzifəsinə seçilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 21.10.2015-ci il tarixli Sərəncamına
əsasən Səməd Oysar oğlu Allahverdiyev 3-cü dərəcəli Vətənə xidmətə
görə ordeni ilə təltif edilib.
Ailəlidir, 3 övladı var.

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri
Həmkarlar İttifaqı Respublika Komitəsi
  • Sahə həmkarlar ittifaqının yaranması 23 iyun 1920-ci təsadüf edir.Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı öz ətrafında dövlət
    qulluqçularını, hüquq-mühafizə və müdafiə sistemində çalışan mülki işçiləri, bir
    sıra banklar və xidmət sahələrində çalışan həmkarlar ittifaqı üzvlərini birləşdirir.
  • DİİXİ Hİ üzvlərinin sayı 89 minə yaxındır. Həmkarlar ittifaqının strukturunda 17
    birləşmiş, 76 rayon-şəhər və 1514 ilk təşkilat mövcuddur. Respublika Komitəsi 26
    nazirlik, komitə və digər mərkəzi qurumlarla sahə Kollektiv Sazişləri imzalamışdır. 
  • DİİXİ Hİ-nın ali rəhbər orqanı qurultaydır. Sonuncu qurultay 2017-ci il avqustun 25-
    də keçirilmiş və Osmanov Hikmət Saleh oğlu sədr seçilmişdir. Qurultaylararası
    dövrdə həmkarlar ittifaqına rəhbərliyi Plenum və Rəyasət Heyəti həyata keçirir.  
  • DİİXİ Hİ Saatlı rayonunda Tədris-idman Mərkəzinə və öz üzvlərinin istirahəti üçün
    Xaçmaz rayonunun Nabran qəsəbəsində 2010-cu ildə istifadəyə verilmiş 96 yerlik
    “Ülfət” istirahət mərkəzinə malikdir.  
  • DİİXİ Həmkarlar İttifaqı PSI (Beynəlxalq İctimai Xidmət Federasiyası), EPSU
    (Avropa İctimai Xidmət Federasiyası) kimi beynəlxalq təşkilatların üzvüdür.
Azərbaycan Dövlət İdarələri və İctimai   Xidmət İşçiləri
Həmkarlar İttifaqı  Respublika Komitəsinin sədri
Osmanov  Hikmət Saleh oğlu
  • 1957-ci ildə anadan olmuşdur.
  • 1979-cu ildə Azərbaycan   Dövlət Universitetinin biologiya fakültəsini,
  • 1990-ci ildə Bakı Ali Partiya məktəbini,
  • 2001-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.
  • Əmək fəailiyyətinə 1979-cu ildə Quba rayonunda komsomol işində başlayaraq 1984-cü ilədək Azad komsomol komitə katibi, rayon komsomol komitəsinin katibi olmuşdur.
     
  • 1984-cü ildən 1990-cı ilədək Quba rayon Partiya komitəsində təlimatçı, təşkilat şöbəsinin müdiri vəzifələrində çalışmış, Bakı Ali Partiya məktəbində əyani təhsil almışdır.
  • 1991-ci ildən 1995-ci ilin sonunadək Quba sovxoz – texnikumunun direktoru vəzifəsində işləmişdir.
  • 1996-ci ildən 2005-ci ilədək I və II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
  • 2005-ci ilin sentyabr ayında Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir.
  • AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvüdür. Yeni Azərbaycan Partiyasının üzvüdür. Kənd   təsərrüfatı elmləri üzrə fəlsəfə doktorudur. Türk və rus dillərini bilir.
  • 4 fevral 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
  • Azərbaycan Respublikası Prezidentinin 21.10.2015-ci il tarixli Sərəncamına əsasən Hikmət Saleh oğlu Osmanov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
     
  • Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 2021-ci il dekabrın 28-də keçirilən IV Məclisinin qərarı ilə Konfederasiyanın sədr müavini seçilib.
  • Evlidir, iki övladı var.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar
İttifaqı təsis yığıncağının 18 fevral 2014-cü il tarixli qərarı ilə yaranmış və 11
mart 2014-cü il tarixdə  Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinində
qeydiyyata alınmışdır.

İttifaqın əsas məqsədi üzvlərin əmək, sosial,iqtisadi hüquqlarının qanuni
mənafelərinin müdafiəsini təmin etmək, əmək və məişət şəraitini təmin edən
sosial proqramlar hazırlamaq və həyata keçirməkdən ibarətdir.

İttifaq üzvlərini 40 ilk təşkilatda birləşdirməklə Azərbaycan
Respublikasının ərazisində yerləşən və fəaliyyət göstərən sahənin bütün
müəssisələrində çalışan işçilərin, habelə, təqaüdçülərin müstəqil ictimai, qeyri-
siyasi təşkilatıdır.

İttifaq öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyası, “Həmkarlar
ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu, digər normativ
hüquqi aktlar və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi İşçilərinin
Həmkarlar İttifaqının Nizamnaməsi əsasında həyata keçirir.

İttifaqın rəhbər orqanları aşağıdakılardır:
Konfrans
Respublika Komitəsi
İcraiyyə Komitəsi
Təftiş komissiyası

Həmkarlar İttifaqının ali rəhbər orqanı beş ildə bir dəfədən gec olmayaraq
çağırılan Konfransdır. Konfranslararası dövrdə İttifaqın rəhbər orqanı
Respublika Komitəsidir, Respublika Komitəsi Plemunun iclasları ildə bir
dəfədən az olmamaq şərti ilə keçirilir. İttifaqın İcraiyyə Komitəsi Konfransların,
Respublika Komitəsinin qərarlarının icrasını təşkil və təmin edir. İcraiyyə
Komitəsinin iclasları lazım gəldikdə, lakin rübdə bir dəfədən az olmayaraq
keçirilir.

 
FHN İşçiləri HİK-nin sədri 
İsmayılov Mehman Heydər oğlu

 

1979-cu ildə Naxçıvan Muxtar  Respublikası Babək rayon Nehrəm kəndində
anadan olub.

1986-1996-cı illərdə Babək rayon Nehrəm kənd 1-saylı orta məktəbində təhsil
alıb.

1999-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsində Bakalavr təhsil pilləsi
üzrə təhsil alıb.

2003-2004-cü illərdə Fransada Qrenoblun Siyasi Elmlər İnstitutunda təhsil alıb.

2003-2005-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının Magistraturasında Dünya Siyasi proseslərinin və
beynəlxalq əlaqələrin nəzəriyyəsi ixtisası üzrə təhsili alıb.

2005-ci ilin dekabr ayından Dövlət İdarəçilik Akademiyasının dissertantıdır.

Əmək fəaliyyətinə 2000-ci ildən başlayıb. Əmək fəaliyyəti dövründə Azad
Azərbaycan qəzetində müxbir, Gənc Vətənpərvərlər Birliyinin Səbail rayon
yerli təşkilatının sədri, Yeni Azərbaycan Partiyası Dövlət İdarəçilik
Akademiyası ərazi ilk təşkilatının sədr müavini, YAP Səbail rayon Gənclər
təşkilatının sədr müavini, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə
Dövlət Komitəsində Ümumi və kadrlar şöbəsinin mütəxəssisi, Şərqi Avropa
ölkələri sektorunun məsləhətçisi, sonra təbliğat, informasiya və analitik təhlil
şöbəsinin məsləhətçisi, daha sonra  2-ci ərazi şöbəsinin Şərqi Avropa ölkələri
sektorunun məsləhətçisi vəzifələrində çalışıb.

2003-cü ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi qeydiyyata
alınmış “Siyasi Maarifçilik” İctimai birliyinin sədridir.

2007-ci il 16 mart tarixindən Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq fəaliyyət
idarəsinin Protokol xidməti şöbəsində Baş məsləhətçi, sonra Beynəlxalq əlaqələr
idarəsinin rəis müavini təyin edilib.

2010-cu il oktyabr ayından Yeni Azərbaycan Partiyası Səbail rayon Təşkilatının
sədr müavinidir.

2010-cu ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin “5 illik
yubiley medalı” ilə təltif edilmişdir.

2011-ci ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin “Xidmətə
görə döş nişanı” ilə təltif edilmişdir.

2015-ci ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin “10 illik
yubiley medalı” ilə təltif edilmişdir.

21 oktyabr 2015-ci il Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin
sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

22 yanvar 2018-ci il tarixdə həmkarlar ittifaqında xidmətinə görə “AHİK-in 25
illik Yubiley döş nişanı” ilə təltif edilmişdir.

26 iyul 2019-ci il tarixdə həmkarlar ittifaqında xidmətlərinə görə “AHİK-in
medalı” ilə təltif edilmişdir

17 may 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın
sədr müavini seçilib.

2014-cü ilin fevral ayından Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar
İttifaqının sədridir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Məclisinin və İcraiyyə
Komitəsinin üzvüdür.

Ailəlidir, 3 övladı var.


Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyi
  • Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyi təsis yığıncağının 11 sentyabr 2018 ci il tarixli qərarı ilə yaranmış və 28 sentyabr 2018 ci il tarixdə  Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinində qeydiyyata alınmışdır.
  • Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı birliyi 4000-dən çox həmkarlar ittifaqı üzvünü öz ətrafında birləşdirməklə 5 ilk həmkarlar ittifaqını əhatə edir.
  • Həmkarlar İttifaqı Birliyinin ali orqanı beş ildə bir dəfədən gec olmayaraq çağırılan Konfransdır. Konfranslararası dövrdə Həmkarlar İttifaqı Birliyinin rəhbər orqanı Məclisdir, Məclislərarası dövrdə icraçı orqan - İcraiyyə Komitəsidir.
  • İşəgötürənlə əmək kollektivinin  arasında əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləmək məqsədi  ilə 2019-2021-ci illər  üçün bağlanmış Sahə (Tarif) Sazişindən istifadə olunur.
 
Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri

Rövşən Namazov 1989-cu ilin 24 aprel tarixində Samux rayonunda anadan olmuşdur. Rövşən Namazovun təhsil həyatı ilə bağlı məlumatlara gəldikdə, 2006-cı ildə Samux rayon M.Ə.Sabir adına 1 saylı orta məktəbi bitirib.  2006-2010-cı illərdə bakalavr dərəcəsi üzrə Milli Aviasiya Akademiyasının “Gömrük işinin təşkili” ixtisasını fərqlənmə ilə bitirmiş, 2011-2014-cü illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetinin “Gömrük işinin təşkili” ixtisası üzrə magistratura pilləsini başa vurmuşdur. 2016-2017-ci illərdə Ümumdünya Gömrük Təşkilatı və Yaponiya Hökumətinin birgə təqaüd proqramının qaliblərindən olaraq Yaponiyanın Tokio şəhərində yerləşən Aoyama Gakuin Universitetinin “Strateji idarəçilik və Əqli Mülkiyyət Hüquqları” ixtisası üzrə “Biznes idarəçiliyi” sahəsini fərqlənmə ilə başa vuraraq, ikinci magistratura dərəcəsinə yiyələnmişdir. Hal-hazırda Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya nazirliyinin dövlət təqaüd proqramının Azərbaycan üzrə qalibi kimi, Yaponiyanın Kanazava Universitetində hüquq sahəsi üzrə doktorantura təhsilini davam etdirir.

İş həyatına gəldikdə isə Rövşən Namazov ilk dəfə 2011-ci ildə özəl sektorda Beynəlxalq logistika üzrə menecer vəzifəsində fəaliyyətə başlamışdır. 2013-cü ildə imtahanda yüksək nəticə göstərərək, Dövlət Gömrük Komitəsinin mərkəzi aparatında gömrük xidməti leytenantı olaraq inspektor vəzifəsinə qəbul olunmuşdur. 2016-cı ildə böyük inspektor vəzifəsinə yüksəlmişdir. 2018-ci ildən etibarən Komitənin Beynəlxalq Ticarətə Dəstək şöbəsinin rəisi vəzifəsini icra edir.

Əlavə olaraq, 2019-2022-ci illər müddətində Azərbaycan Respublikasının Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Sərhəddə ticarət” işçi qrupunun katibi vəzifəsini icra etmiş, 2020-2021-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr pilləsində təhsil alan tələbələr üçün ingilis dilində gömrük işi fənnini tədris etmişdir.

Rövşən Namazov eyni zamanda beynəlxalq sahədə öz fəaliyyətini davam etdirir. O, sərnişin məlumatları sahəsində BMT-nin ekspertlər qrupunun üzvü və BMT-nin Terrorçuların Səyahətinə Qarşı Mübarizə Proqramının Azərbaycan üzrə milli koordinatorudur. Bundan əlavə, Hüquq Mühafizə Təlimləri üzrə Avropa Birliyi Agentliyinin eksperti, Sərnişin Məlumatları üzrə ATƏT-in Şərqi Avropa İşçi qrupunun üzvüdür.

Ölkəmizi bir çox beynəlxalq təşkilatlar tərəfindən keçirilən iclas və panellərdə təmsil etmişdir.

Beynəlxalq təşkilatlar və Dövlət Gömrük Komitəsi tərəfindən medal, fəxri fərman və sertifikatlarla təltif olunmuşdur.

İngilis və rus dillərini bilir.

Ailəlidir, 2 övladı var.

 

Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri

Həmkarlar İttifaqı Respublika Komitəsi

Elektriklərin həmkarlar ittifaqı 1917-ci ildə Bakı şəhərində təşkil edilmişdir.

Azərbaycan Elektrik Stansiyaları və Elektrik Sənayesi Fəhlələri Həmkarlar İttifaqı Respublika Komitəsi 1931-ci ildə yaradılmışdır.

Azərbaycan Elektrik Stansiyaları və Elektrik Sənayesi Fəhlələri Həmkarlar İttifaqının 30 yanvar 2003-cü ildə XVI Konfransında yeni redaksiyada Nizamnaməsi qəbul edilmiş və təşkilat "Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı" adlandırılmışdır.

Sahə həmkarlar ittifaqı elektroenergetika və elektrotexnika sənayesi sahəsində çalışan həmkarlar ittifaqı üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərini təmsil və müdafiə edən təşkilatdır.

Sahə həmkarlar ittifaqı Respublika Komitəsi Azərbaycan Respublikasının Konstitusiyasına, İnsan hüquqlarının Ümumi Bəyannaməsinə, Beynəlxalq Əmək Təşkilatının Konvensiya və Tövsiyələrinə uyğun olaraq, «Həmkarlar ittifaqı haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən, eyni zamanda həmkarlar ittifaqlarının fəaliyyətinə aid olan digər qanunvericilik aktlarında nəzərdə tutulmuş norma və müddəalara riayət etməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş Nizamnaməyə uyğun fəaliyyət göstərir.

Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqının ali orqanı konfransdır. Konfrans sahə həmkarlar ittifaqının fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir.

Sahə həmkarlar ittifaqının 40 ilk təşkilatı olmaqla 10 mindən artıq üzvü vardır.

Sahə həmkarlar ittifaqı Respublika Komitəsi "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti ilə Sahə (Tarif) Kollektiv Sazişi bağlayır.   Müəssisə və təşkilatlarda bu Sahə (Tarif) Kollektiv Saziş əsasında Kollektiv Müqavilələr bağlanılır.

Sahə həmkarlar ittifaqı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, emal sənayesi işçilərinin IndustriAll Qlobal Ittifaqının və «Elektroprofsoyuz» Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin üzvüdür.

 

Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesi
İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin
sədri Mirzəyev Musa İbrahim oğlu 

  • Mirzəyev Musa İbrahim oğlu 7 avqust 1957-ci ildə anadan olmuşdur.
  • 1978-ci ildə Azərbaycan Dövlət Pedaqoji universitetinin Filologiya fakültəsini bitirmişdir.
  • Əmək fəaliyyətinə 1978-ci ildə Şəki Pedaqoji məktəbində dil-ədəbiyyat müəllimi kimi başlayıb və həmin il hərbi xidmətə çağırılıb.
  • 1981-1996-cı illərdə Bakı Pedaqoji məktəbində dil-ədəbiyyat müəllimi işləyib.
  • 1981-1985-ci illərdə müəllimliklə yanaşı həmin məktəbdə Tələbə Həmkarlar Təşkilatının sədri, 1985-1988-ci illərdə isə Müəllim və İşçi Həmkarlar Təşkilatının sədri işləmişdir.
  • 1997-ci ildə Bakı Aviasiya Təhlükəsizliyi İdarəsində 2-ci dərəcəli keşikçi, daha sonra həmin idarədə dəftərxana müdiri işləmişdir.
  • 1997-2008-ci illərdə “Təmirmaş” Açıq Tipli Səhmdar Cəmiyyətində İdarə heyətinin sədri vəzifəsində çalışmışdır.
  • 2008-2017-ci illərdə “Təmirmaş-2” Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində işləmişdir.
  • 2020-2022-ci illərdə “Tranzit Store AZ” Məhdud Məsuliyyətli Cəmiyyətində direktor işləmişdir.
  • 03 oktyabr 2022-ci ildə Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə seçilmişdir.
  • Ailəlidir, 3 övladı, 7 nəvəsi vardır.
 
Azərbaycan Respublikası Ticarət, İctimai İaşə, Kooperasiya, Sağlamlıq  
Ocaqları, Turizm, İdman, Otelçilik, Balıqçılıq və Digər Xidmət Sahələri
İşçiləri Həmkarlar İttifaqları Federasiyası
(qısaldılmış adı : “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyası)

 

  • 29 sentyabr 2000-ci ildə keçirilən təsis qurultayında yaradılan «Xidmət-İş» Həmkarlar İttifaqları Federasiyası beş Respublika Komitəsini: ticarət, ictimai iaşə və kooperasiya işçiləri, sağlamlıq ocaqları, turizm, idman, otelçilik, balıqçılıq, taxılçılıq, quşçuluq işçiləri həmkarlar ittifaqı komitəsi, bir vilayyət - Naxçıvan Muxtar Respublikası Komitəsini - 52 rayon, Bakı, Gəncə və Sumqayıt şəhər həmkarlar ittifaqı komitəsini, 5 təhsil müəssisəsini, Milli Kulinariya Mərkəzi həmkarlar ittifaqı komitələrini birləşdirərək, 52084 nəfər həmkarlar ittifaqı üzvünü əhatə edir.
  • Konfederativ əsaslarla Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.
  • Nazirlik, baş idarə və şirkət, səhmdar cəmiyyətlər səviyyəsində tarif müqavilələri, kollektiv müqavilələr vasitəsilə və digər vasitələrlə əməkçilərin sosial-iqtisadi və əmək hüquqlarının qorunması, ümumrespublika həmkarlar ittifaqları birliyinin hökümətlə bağladığı Baş Kollektiv Sazişin hazırlanmasında fəal iştirak edərək sahə əməkçilərinin ümumi mənafelərinin təmsil və müdafiə olunması Federasiyanın əsas vəzifələridir.
  • Qurultay Federasiyanın ali rəhbər orqanıdır. Qurultay beş ildən bir çağırılır. Qurultayın keçirilmə vaxtı və gündəliyi Federasiyanın Məclisi tərəfindən müəyyən olunur.
  • Qurultaylararası dövrdə federasiyanın qərarverici orqanı Məclisdir və icra orqanı İcraiyyə Komitəsidir.
  • Federasiya dövlət və təsərrüfat orqanlarından, siyasi və digər təşkilatlardan asılı deyil, onlara hesabat vermir. Federasiya öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, «Həmkarlar İttifaqları haqqında» Azərbaycan Respublikası Qanununa, həmkarlar ittifaqının fəaliyyətinə aid başqa qanunvericilik aktlarına, Beynəlxalq Əmək Təşkilatının Azərbaycan Respublikasinda ratifikasiya olunmuş konvensiyalarına və öz Nizamnaməsinə uyğun olaraq həyata keçirir.
  • Federasiya konfederativ əsaslarla Beynəlxalq Həmkarlar İttifaqı (UNI), Qida və Tütün Sənayesi, Otel və Mehmanxana İşçilərinin Beynəlxalq Həmkarlar İttifaqı (IUF), Ticarət İşçilərinin Beynəlxalq Birliyinin üzvüdür.
  • Federasiyada əmək və sosial-iqtisadi məsələlər üzrə, mədəni-məişət və idman, gender bərabərliyi və qadın problemləri üzrə, əməyin mühafizəsi, sosial-sığorta məsələləri üzrə daimi komissiyalar və Gənclər Şurası fəaliyyət göstərir.
AHİK sədrinin birinci müavini,
"Xidmət-İş" Həmkarlar İttifaqı Federasiyasının sədri
İlyas Alxas oğlu Əliyev
  • 1957-ci ildə anadan olmuşdur. 1986-cı ildə D.Bunyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.Əmək fəaliyyətinə «Azərkəndtəsərrüfattexnika»-da fəhlə kimi başlamış və müxtəlif vəzifələrdə çalışmışdır.
     
  • 1981-ci ildən həmkarlar ittifaqı orqanlarında çalışmış, təlimatçı-müfəttiş vəzifəsindən Ticarət və İstehlak Kooperasiyası İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə kimi yüksəlmişdir.
  • 2000-ci ildə bir neçə sahə həmkarlar ittifaqlarının birləşməsi nəticəsində yaranmış «Xidmət-İş» Həmkarlar İttifaqları Federasiyasının prezidenti seçilmişdir.
     
  • 1996-cı ildə AHİK sədrinin müavini, 1998-ci ildə isə birinci müavin seçilmişdir.
    Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Şurasının, AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvüdür.
     
  • Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və həmkarlar ittifaqlarının inkişafında xüsusi xidmətlərinə görə ölkənin «Tərəqqi» medalı, «Azərbaycan Həmkarlar İttifaqlarının 100 illik yubiley» medalına layiq görülmüşdür. Bir sıra beynəlxalq həmkarlar ittifaqlarının medalları ilə təltif edilmişdir.
  • Azərbaycan Respublikası Prezidentinin 21.10.2015-ci il tarixli Sərəncamına əsasən İlyas Alxas oğlu Əliyev "3-cü dərəcəli vətənə xidmət" ordeni ilə təltif edilib.
     
  • Evlidir. Üç övladı var.
İnşaat Kompleksi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi
("İnşaat-İş" Həmkarlar İttifaqı)

 

  • Azərbaycan İnşaat Kompleksi İşçiləri Müstəqil Həmkarlar İttifaqı 1907-ci ildə yaradılıb və Azərbaycan İnşaat Kompleksi İşçiləri Müstəqil Həmkarlar İttifaqı 1991-ci ildə təşkil olunmuşdur.
  • Həmkarlar ittifaqı Respublika Komitəsi üzvlük hüququ olan 92 həmkarlar ittifaqını və 13000-dən çox üzvü öz ətrafında birləşdirir.
  • Həmkarlar ittifaqının xidmətində tikinti-quraşdırma, layihə-tikinti, nəqliyyat təşkilatları, peşə-texniki tədris mərkəzləri vardır. Sahə həmkarlar ittifaqının ali orqanı qurultaydır. Sonuncu  qurultay 2017-ci ilin sentyabrında keçirilmişdir.
  • Sahə həmkarlar ittifaqının qurultaylararası fəaliyyətinə Nizamnaməyə əsasən Məclis rəhbərlik edir. Məclisin iclası ildə 2 dəfədən az olmayaraq keçirilir. Operativ rəhbərlik üçün Məclis üzvlərindən İcraiyyə Komitəsi seçilir.
  • V qurultayın qəbul etdiyi proqram sənədi qarşıda duran vəzifələri müəyyən edir. Bu sənəd həmkarlar ittifaqinin işəgötürənlərlə birgə istehsalatda əmək və məişət şəraitinin daha da yaxşılaşdırılmasını, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasını, kollektiv müqavilələrin yerinə yetirilməsi üzrə fəaliyyəti nəzərdə tutur.
  • Sahə həmkarlar ittifaqı qüvvədə olan qanunvericiliyin təkmilləşdirilməsi üzrə təşəbbüslə çixiş edir. Bu məqsədlə öz təkliflərini Həmkarlar İttifaqları Konfederasiyasına, müvafiq dövlət orqanlarına göndərir. «Tikintidə təhlükəsizlik texnikası qaydaları»nın Azərbaycan dilində hazırlanması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin proqramına daxil edilməsinə nail olunmuşdur.
  • Sahə həmkarlar ittifaqı Rusiya Federasiyası, Qazaxıstan, Ukrayna, Belorus, Moldova, Tacikistan, Qırğızıstan, Türkiyə İnşaatçıları Həmkarlar İttifaqları ilə əməkdaşlıq edir. Onların bəziləri ilə əmək miqrantlarının hüquqlarının təmin olunması üzərində ictimai nəzarəti həyata keçirmək barədə müqavilələr bağlanmışdır.
  •  ”İnşaatçı” Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Beynəlxalq Tikinti və Meşə İşçiləri Həmkarlar İttifaqı Konfederasiyasının (BWİ) üzvüdür.
Azərbaycan Respublikası "İnşaat-İş" 
Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri
Hüseynov Umud Aydın oğlu
 
  • 1956-cı ildə anadan olmuşdur. 1991-ci ildə Əmək və İctimai Münasibətlər Akademiyasını bitirmişdir.
  • Əmək fəaliyyətinə 1973-cü ildən tikinti idarəsində fəhlə kimi başlamışdır.
  • Murmansk şəhərində ordu sıralarından tərxis olunduqdan sonra 1977-ci ildən tikinti idarəsində usta, təhlükəsizlik texnikası üzrə mühəndis vəzifələrində çalışmışdır.
  • 1983-cü ildə tikinti idarəsinin həmkarlar ittifaqı komitəsinin sədri,
  • 1991-ci ildə “İctimaimədənitikinti” trestinin HİK sədri seçilmişdir.
  • 2000-ci ildən 2005-ci ilin fevral ayına kimi Bakı şəhəri Nizami rayonu Bələdiyyəsində müfəttiş və şöbə müdiri kimi fəaliyyət göstərmişdir.  
  • 11 fevral 2005-ci ildən İnşaat Kompleksi İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir.  
  • Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə «Tərəqqi» medalı, «Azərbayjan Həmkarlar İttifaqının 100 illik yubiley» medalı ilə və Fəxri fərmanlarla təltif olunmuşdur.  « VKP-nin fəxri gümüş döş nişanı ilə təltif edilmişdir.»
  • Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin və Məclisinin, Beynəlxalq Tikinti və Meşə İşçiləri Həmkarlar İttifaqı Konfederasiyasının (BWI) Məclis, «İnşaatçı» Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin üzvüdür.
  • Evlidir, bir övladı var.
Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi
İşçiləri Həmkarlar İttifaqı Federasiyası

 

  • 1906-cı il ildə Bakı şəhərində Qida Məhsulları İstehsalçılarının 230 həmkarlar ittifaqı üzvünü birləşdirən həmkarlar ittifaqı təşkilatı yaradılmışdır.
  • 1917-ci ildə isə Bakı şəhərində Dəyirmançıların, Tütünçülərin, Pivə və kvas İstehsalçılarının, Çörəkçilərin və Şirniçilərin həmkarlar ittifaqı təşkilatları fəaliyyət göstərirdi.
  • 5 iyun 1920-ci ildə Qida Məhsulları İstehsalçılarının, Dəyirmançıların, Tütünçülərin, Pivə və kvas İstehsalçılarının; Çörəkçilərin və Şirniçilərin həmkarlar ittifaqı təşkilatları birləşərək - Qida Sənayesi İşçiləri; - Tütünçülər; - Kənd və Meşə Təsərrüfatı İşçiləri Sahə Həmkarlar İttifaqları yaratmışlar.
  • 1953-cü ildə respublikada kənd təsərrüfatı sahəsində mövcud olan sahə həmkarlar ittifaqlari birləşərək iki sahə həmkarlar ittifaqı : - Kənd Təsərrüfatı və Tədarük İşçiləri; - Yeyinti Sənayesi İşçiləri Həmkarlar İttifaqlarını yaratmışlar.  
  • 1986-cı ildə Aqrar Sənaye Kompleksi İşçiləri Həmkarlar İttifaqı 1991-ci ildə Azərbaycan Aqrar Sənaye Kompleksi İşçiləri Həmkarlar İttifaqı, 2000-ci ildən Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı adlandırılmışdır.  
  • Sahə həmkarlar ittifaqi 832 ilk təşkilatı (bu təşkilatlardan 381-i özəl müəssisələrin ilk təşkilatıdır), 3 birləşmiş, 44 rayon, şəhər və 1 vilayət komitəsini əhatə edir ki, bu təşkilatlarda birləşən həmkarlar ittifaqı üzvlərinin sayı 72  225 nəfərdir.  
  • Sahə həmkarlar ittifaqının ali orqanı beş ildə bir dəfə çağırılan Qurultaydır.   IV Qurultay 2005-ci ilin may ayında çağırılmışdır. Qurultaylararası dövrdə həmkarlar ittifaqının rəhbər orqanı sahə həmkarlar ittifaqının Məclisidir. Məclis cari işlərin təşkili və aparılması, onun Nizamnamə funksiyasını həyata keçirmək üçün sahə həmkarlar ittifaqının İcraiyyə Komitəsini seçir. İcraiyyə Komitəsinin iclasları zərurət olduqda, lakin üç ayda bir dəfədən gec olmayaraq çağırılır.  
  • Federasiyanın fəaliyyətinin əsas istiqamətlərindən biri işçilərin sosial-iqtisadi hüquqlarının təminatı ilə bağlı işəgötürənlərlə aparılan ikitərəfli danışıqlar, sahə üzrə Tarif Sazişlərinin və Kollektiv Müqavilələrin bağlanmasıdır.  
  • Federasiya həmkarlar ittifaqı üzvlərinin sağlamlığının möhkəmləndirilməsi, gənclərin bədən tərbiyəsi və idmana cəlb olunması istiqamətində Federasiyanın «Məhsul» Kənd Könüllü İdman Cəmiyyəti ilə sıx əməkdaşlıq edir.  
  • Federasiya Tütün Sənayesi, Kənd Təsərrüfatı və müvafiq sahə işçilərinin Beynəlxalq İttifaqının üzvüdür. Federasiiya bu Beynəlxalq İttifaq ilə birgə 3 layihə həyata keçirmişdir.  
  • Federasiya Türkiyə, Rusiya, Ukrayna, Moldova, Gürcüstan, Özbəkistanın sahə həmkarlar ittifaqları ilə sıx əlaqələr qurmuşdur.  
  • Avrasiya bölgəsində fəaliyyət göstərən sahə həmkarlar ittifaqlarının işçilərin qanuni hüquqlarının qorunması, layiqli əmək, azad, demokratik sosial ədalət prinsiplərinin təmin edilməsi sahəsində üzləşdikləri oxşar problemlərin həllinə dəstək verilməsi, bölgədə yerləşən transmilli şirkətlərlə danışıqların aparılması prosesində qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinin təşkilini həyata keçirmək məqsədi ilə bölgənin 12 ölkəsinin: (Türkiyə, Azərbaycan, Rumıniya, Çernoqoriya, Sarayevo, Kosova, Makedoniya, Serbiya, Orta Asiya, Gürcustan Respublikaları) sahə həmkarlar ittifaqları birləşərək Avrasiya Qida, Kənd Təsərrüfatı, Meşə və Turizm İşçiləri Həmkarlar İttifaqı Federasiyası yaratmasının təşəbbüskarlarından biri «Kənd-Qida-İş» Federasiyasıdır.  
  • Avrasiya Federasiyası yuxarıda adları çəkilən ölkələri təmsil edən 21 sahə həmkarlar ittifaqlarını özündə birləşdirir. Avrasiya Federasiyasının mənzil qərargahı Türkiyənin İstambul şəhərində yerləşir. 31 avqust 2007-ci ildə Qurumun Təsis qurultayında Azərbaycan «Kənd-Qida-İş» Həmkarlar İttifaqı Federasiyasının sədri Tofiq Quliyev Avrasiya Federasiyasının vitse-prezidenti seçilmişdir.
Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri  
Həmkarlar İttifaqı Federasiyasının sədri
Quliyev Tofiq Rəhman oğlu
 
  • 1950-ci ildə anadan olmuşdur.
  • 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun kimya-texnologiya fakültəsini, daha sonra istehsalatdan ayrılmamaqla 1980-1985-ci illərdə Şvernik adına Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurası yanında Həmkarlar İttifaqı Hərəkatının Ali Məktəbinin aspiranturasını bitirmişdir.
  • Əmək fəaliyyətinə 1970-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun kimya-texnologiya fakültəsinin komsomol komitəsinin katibi (ştatlı) kimi başlamış, rayon komsomol komitəsinin birinci katibi vəzifəsinədək yüksəlmişdir.
  • 1976-1982-ci ildə Azərbaycan Respublikası Neft Emalı və Neft Kimya Sənayesi Nazirliyində böyük mühəndis, şöbə rəisi vəzifəsində işləmiş, 1982-ci ildən həmkarlar ittifaqlarında rəhbər vəzifələrdə çalışmışdır.
  • 1997-ci ildən «Kənd-Qida-İş» Həmkarlar İttifaqı Federasiyasının sədridir.
  • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölkədə həmkarlar ittifaqının inkişafındakı xidmətlərinə görə «Əməkdar Mədəniyyət İşçisi» fəxri adına layiq görülmüş, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən «Həmkarlar ittifaqında xidmətlərinə görə» medalı ilə təltif edilmişdir.
  • Tofiq Quliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Məclis və İcraiyyə Komitəsinin üzvü, Qida, Tütün Sənayesi, Kənd Təsərrüfatı və müvafiq sahə işçilərinin Beynəlxalq İttifaqının (IUF) seçkili orqanlarının üzvü və Avrasiya Qida, Kənd Təsərrüfatı, Meşə və Turizm İşçiləri Həmkarlar İttifaqı Federasiyasının vitse-prezidentidir.
  • Azərbaycan Respublikası Prezidentinin 21.10.2015-ci il tarixli Sərəncamına əsasən Tofiq Rəhman oğlu Quliyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
  • Evlidir, üç övladı var.
Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Prezidenti
Yusifov Bəkir Aslan oğlu

  • 12 noyabr 1956-cı ildə Azərbaycan Respublikasının Laçın rayonunun Əhmədli kəndində anadan olmuş, təhsili ali, 1983-cü ildə Vladimir İliç Lenin adına (indiki N. Tusi adına) Azərbaycan Pedoqoji İnstitunu bitirib.
  • Əmək fəaliyyətinə 1977-1980-ci illər ərzində SSRİ Kommunist Partiyasının XXI Qurultayı adına gəmiqayırma zavodunda fəhlə, texnik-konstruktor kimi başlayıb.
  • 1980-1981-ci illərdə 10 nömrəli texniki peşə məktəbində istehsalat təlimi üzrə usta, 1981-1984-cü illərdə Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyib.
  • 1990-1991-ci illərdə Azərbaycan Ziyalılarının Demokratik İttifaqının Respublika İdarə Heyətinin təşkilat şöbəsinin müdiri vəzifəsində çalışıb.
  • 1991-1992-ci illərdə Elektrostansiyalar və elektrotexniki sənaye işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində təlimatçı vəzifəsində işləyib.
  • 1992-ci ildə Aviasiya işçiləri həmkarlar ittifaqı Respublika Komitəsinin təşkilat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1993-cü il dən 2020-ci ilədək Aviasiya işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri olub.
  • 2003-cü ildə Rusiya Mülki Aviasiyasının “80 illik”, 2005-ci ildə Rusiya Müstəqil Həmkarlar İttifaqlarını “100 illik”, 2007-ci ildə Rusiya Mülki Aviasiyasının “85 illik”, 2012-ci ildə “90 illik” yubiley medalları ilə təltif olunub.
  • Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə (25 oktyabr 2005-ci il 1063 S) “TƏRƏQQİ” medalına layiq görülüb.
  • 2006-cı il 18 oktyabr tarixində Ümumittifaq Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin qərarı ilə “Həmkarlar hərəkatındakı fəaliyyətinə görə”, 2012-ci il 10 apreldə isə ”20 illik”, 2017-ci ildə isə “25 illik” gümüş yubiley medalları ilə təltif olunub.
  • 2006-cı il 24 oktyabrda Belorusiya Həmkarlar İttifaqları Federasiyasının “100 illik yubileyi medalı”-na, 2015-ci il 24 sentyabrda isə “110 illik yubileyi medalı”-na, 2008-ci ildə Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının 19 nömrəli Əmri ilə “Şərəf Nişanı” na, 2013-cü ildə isə Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin (Azal) “75 illik” yubiley medalına layiq görülüb.
  • 2013-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “20 illik” yubiley döş nişanı ilə, 2015-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “VƏTƏNƏ XİDMƏTƏ GÖRƏ” ordeni ilə təltif olunub.
  • 2016-cı il noyabr ayının 11-də Beynəlxalq Aviasiya İşçiləri Həmkarlar İttifaqları Birliyinin sədri seçilmişdir.
  • 2016-cı ildə Beynəlxalq Aviasiya İşçiləri Həmkarlar İttifaqları Birliyinin “20 illik” yubiley döş nişanı ilə 2018-ci ildə Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin “Mülki aviasiya sahəsində xidmətlərinə görə” medalı ilə təltif edilib.
  • 2019-cu ilin aprelində Beynəlxalq Aviasiya İşçiləri Həmkarlar İttifaqları Birliyinin “Xidmətlərinə görə” döş nişanına və Beynəlxalq Əmək Təşkilatının yaranmasının 100 illiyi münasibətilə Fəxri diploma layiq görülüb.
  • Ümumittifaq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.
  • 2021-ci il 30 aprel tarixində keçirilən Metal İşçiləri Həmkarlar İttifaqının Məclisində  Federasiyanın prezidenti seçilib.
Azərbaycan Mədəniyyət İşçiləri  
Həmkarlar İttifaqının Respublika Komitəsi

 

  • Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı – Çapçılar İttifaqı adı ilə 1905-ci ilin noyabr ayında «Cildləmə, mətbəə və litoqrafiya fəhlələri Cəmiyyəti» kimi təşkil olunmuş və 1953-cü ildən Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı kimi fəaliyyətini davam etdirmişdir. 25 dekabr 1992-ci ildən   Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı adlandırılmışdır. 09.10.2012-ci tarixdə keçirilmiş Qurultaydan sonra isə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi adı ilə fəaliyyət göstərir.
  • Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi 5 fevral 1993-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.
  • Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı (01.01.2011-cu tarixinə) 53.238 nəfər üzvü olan müstəqil təşkilatdır.
  • İttifaq 64 şəhər və rayon, 402 həmkarlar ittifaqı komitələrini və 314 həmkarlar ittifaqı təşkilatçılarını özündə birləşdirir.
  • İttifaq üzvlərinin 42.051 nəfərini, yəni 79,8% qadınlar təşkil edir.
  • Gənclərin sayı 19.988 nəfərdir, bu da 37,55% deməkdir.
  • Respublika Komitəsi xidmətində olan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti ilə ayrı-ayrılıqda 2009-cu ildə 3 (üç) il müddətinə sahə Sazişləri bağlamışdır.
  • Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi 1992-ci ildən Beynəlxalq Birliyin - Həmkarlar İttifaqlarının (MOP), 2001-ci ildən Beynəlmiləl İctimai Xidmətlər Təşkilatının (PSİ), 2009-cu ildən Avropa İctimai Xidmətlər Təşkilatının (EPSU) üzvüdür.
  •  Eyni zamanda Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının vasitəsilə Beynəlmiləl Həmkarlar İttifaqları Konfederasiyasının (İTUC) və Ümum Həmkarlar İttifaqları Konfederasiyasının (VKP) işlərində yaxından iştirak edərək, qeyd edilən təşkilatlarla əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsini həyata keçirir.
Azərbaycan Mədəniyyət İşçiləri  
Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri
  • Atakişiyev Adil Aslan oğlu

    1960-cı ildə  Bakı şəhərində anadan olub.

    1982-cı ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirərək hüquqşünas ixtisası almışdır.

    Əmək fəaliyyətinə 1982-ci ildə Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertizaları Elmi-Tədqiqat İnstitutunda elmi işçi  vəzifəsində başlamışdır.

    1984-cü ildə prokurorluq orqanlarına işə qəbul olunmuş və Azərbaycan Nəqliyyat prokurorluğunda, Bakı Nəqliyyat prokurorluğunda, Aviasiya Nəqliyyat prokurorluğunda və  Azərbaycan Respublikası Baş Prokurorluğunda  müxtəlif vəzifələrdə  işləmişdir.

    2014-2020-ci illərdə "Bakı Metropoliten" Qapalı Səhmdar Cəmiyyətinin Hüquq şöbəsinin rəisi vəzifəsində işləmişdir.

    02 sentyabr 2020-ci ildə Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqının sədri vəzifəsinə seçilmışdir.

     Ailəlidir, iki övladı var.

Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı
  • Müdafiə sənaye yönümlü müəssisələrin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin oxşar fəaliyyət növü ilə məşğul olan sahələrin, Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi Müəssisələrinin işçilərini üzvlüyündə birləşdirən Azərbaycan Respublikası Müdafiə Sənaye Sahələri İşçilərinin Müstəqil Həmkarlar İttifaqı 1991-ci ildə yaradılmışdır.
  • 2007-ci ilin fevral ayında Azərbaycan Respublikası Müdafiə Sənaye Sahələri İşçilərinin Müstəqil Həmkarlar İttifaqının IV hesabat-seçki konfransı keçirilmiş, həmin konfransda Röfət Həmid oğlu Müfid-Zadə Həmkarlar İttifaqının yeni sədri seçilmişdir.
  • 2008-ci ildə yenidən formalaşan ittifaqın I Qurultayı keçirilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində ittifaqın Nizamnaməsi yenidən dövlət qeydiyyatına alınmış və Azərbaycan Respublikası Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı adlandırılmışdır.
  • Həmkarlar ittifaqinin ali orqanı Qurultaydır. Qurultaylararası dövrdə Həmkarlar İttifaqına rəhbərliyi Respublika Komitəsi həyata keçirir, ildə bir dəfədən az olmayaraq Məclisə toplaşır. Həmkarlar İttifaqının fəaliyyətinə operativ rəhbərlik etmək üçün Respublika Komitəsi üzvlərindən Respublika Komitəsinin Rəyasət Heyəti seçilir.
  • Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə 2011-2013-cü illər üçün sahə (tarif) Kollektiv Sazişi imzalanmışdır.
  • Respublika Komitəsi Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqlarının Beynəlxalq Birliyi və Türk Harb-İş Sendikası ilə fəal əməkdaşlıq edir.
  • Respublika Komitəsinin nümayəndə heyəti Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqlarının Beynəlxalq Birliyinin 2008 və 2009-cu illərdə keçirilmiş Konqreslərində iştirak etmişdir. Bundan başqa Belarus Sənaye İşçiləri Həmkarlar İttifaqı ilə 2009-cu ildə dostluq və əməkdaşlıq barədə ikitərəfli saziş bağlanmışdır.
Metropoliten İşçiləri Həmkarlar İttifaqı
  • Bakı metropolitenində həmkarlar ittifaqı təşkilatı 1967-ci ildə yaradılmış və Azərbaycan Dəmir Yolu Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin xidmətinə daxil olmuşdur. 8 may 2003-cü il tarixdən Metropoliten İşçiləri Həmkarlar İttifaqı Birliyi (MİHİB) təsis edilmiş və AHİK-in xidmətinə daxil olmuşdur.
  • Azərbaycan Respublikasının Gənclər siyasətinin tələblərinə uyğun olaraq 2005-ci ilin dekabrın 28-də MİHİB-in tərkibində Gənclər Təşkilatı yaradılmışdır.
  • 14 senytabr 2014-cü il tarixində Metropoliten İşçiləri Həmkarlar İttifaqı Birliyi ilə “Azərtunelmetrotikinti” SC-nin işçilərinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi birləşərək Metropoliten İşçiləri Həmkarlar İttifaqı təsis edilmişdir.
  • MİHİ-nin tərkibində 24 ilk həmkarlar İttifaqı komitəsi fəaliyyət göstərir. MİHİ-nin 5220 nəfər üzvü var.
  • Təşkilatın ali orqanı konfransdır. Son konfrans 2021-ci ildə keçirilmişdir. Konfranslararası müddətdə təşkilatın işinə Məclis rəhbərlik edir ki, o da ildə bir dəfədən az olmayaraq çağırılır. Cari məsələləri həll etmək üçün İcraiyyə Komitəsi seçilir.İK-nin iclası 2 ayda bir dəfədən az olmayaraq keçirilir.
  • MİHİ metropoliten rəhbərliyi ilə hər 2 ildən bir 2 illik kollektiv müqavilə bağlayır, hər il kollektiv müqavilənin şərtlərinin yerinə yetirilməsinin vəziyyəti haqqında müzakirələr aparır.
Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri

 

Naxçıvan Muxtar Respublikası Həmkarlar
İttifaqları Şurası
  • 1921-ci il dekabr ayının 4-də Naxçıvanda həmkarlar ittifaqının yaradılması regionun ictimai və siyasi həyatında mühüm rol oynamışdır. Həmin dövrdə təşkilat 3 vilayət həmkarlar ittifaqı komitəsini, 27 şəhər və rayon komitəsini, 3 birləşmiş həmkarlar ittifaqı komitəsini, 400-dək ilk həmkarlar ittifaqları komitələrini öz ətrafında birləşdirmişdir.
  • Ötən əsrin 50 –ci illərindən etibarən Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqlarının həyatında mühüm dəyişikliklər baş vermişdir. Bu dövrdən başlayaraq ittifaq komitələrinin sahələr üzrə formalaşması bir tərəfdən hərəkatın ilk təşkilatlara daha da yaxınlaşmasına imkan yaradırdısa, ikinci tərəfdən genişlənməkdə olan böyük bir hərəkatın mərkəzləşmiş qaydada idarə olinmasını tələb edirdi.
  • Bütün bunlar nəzərə alınaraq 1967-ci il noyabrın 17-də keçirilən təsis konfransında Naxçıvan Vilayət Həmkarlar İttifaqları Şurası təşkil olunmuş, Muxtar Respublikada həmkarlar ittifaqlarının fəaliyyətindəki pərakəndəliyə son qoyulmuşdur. Həmin dövrdə ittifaq üzvlərinin sayı 31 min nəfər təşkil edirdi.
  • Naxçıvan Vilayət Həmkarlar İttifaqları Şurasının fəaliyyəti ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk dövrlərində daha da güclənmişdir. Ulu öndərin təşəbbüsü ilə Muxtar Respublika Həmkarlar İttifaqları Şurasının yeni binası tikilərək 1974 – cü ildə istifadəyə verilmişdir.
  • Vilayət Həmkarlar İttifaqı Şurasının ali orqanı 5 ildə bir dəfə çağırılan konfransdır. Konfranslararası dövrdə rəhbər orqan Məclisdir. Məclislərarası dövrdə ali icraedici orqan Şuranın Rəyasət Heyətidir.
  • Ölkəmiz ötən əsrin 90-cı illərində müstəqillik əldə etdikdən sonra həmkarlar ittifaqlarının tarixində yeni mərhələ başlanmışdır.
  • Naxçıvan Həmkarlar İttifaqı bu gün də cəmiyyətin inkişafı, sosial-iqtisadi mühitin formalaşması, vətəndaşların məişət problemlərinin həll olunması, əmək şəraitinin daha da yaxşılaşdırilmasında öz səylərini artırır, işçilərin əmək və sosial qayğılarını daim diqqət mərkəzində saxlayır. Naxçıvan Həmkarlar İttifaqları Şurası 70814 üzvü, 1250 ilk təşkilatı, 6 muxtar respublika və 10 birləşmiş rayon və şəhər komitələrini birləşdirir.
  •  2008-ci ildə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının inzibati binası əsaslı şəkildə bərpa olunmuşdur. Həmin ilin aprel ayının 9-da Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının 40 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı olmuşdur. Yubiley 2008 – ci il aprel ayının 28-də keçirilmişdir. Həmin vaxt bir sıra ittifaq üzvləri Azərbaycan Respublikasının orden və medalları və fəxri adları ilə təltif olunmuşlar.
Naxçıvan Muxtar Respublikası Həmkarlar
İttifaqları Şurasının sədri

Abdullayev Qəzənfər İsmayıl oğlu

  • Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Abdullayev Qəzənfər İsmayıl oğlu

        26 may 1983-cü ildə Naxçıvan Muxtar Respublikası Culfa rayon Bənəniyar kəndində anadan olmuşdur.

    • 1989-1998-ci illərdə Culfa rayonu Bənəniyar kəndində orta təhsil alıb.
    • 2000 - ci ildə isə Naxçıvan şəhər N.Tusi adına 9 sayılı orta məktəbin X-XI sinfini bitirib.
    • 2001-2005 -ci illərdə Naxçıvan Dövlət Unviveristetinin Ümumi İqtisadiyyat fakültəsinin Mühasibat Uçotu və Audit ixtisasını fərqlənmə diplomu ilə bitirib.
    • 2005-2006-cı illərdə hərbi xidmətdə olub.
    • 2007-2010-cu ilədək Naxçıvan MR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Mühasib vəzifəsində çalışıb.
    • 2010-2023- cü ilə qədər Naxçıvan MR Həmkarlar İttifaqları Şurasında Maliyyə-Təsərrufat şöbəsinin müdiri vəzifəsində çalışıb.

    2023-cü il 1 mart-18 may tarixilərində Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının Katibi Maliyyə Təsərrufat şöbəsinin müdiri vəzifəsində çalışıb.

    • 2023- cü il 18 may tarixli Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının ll Məclisinin Qərarı ilə Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsinə seçilib.
    • Ailəlidir, 2 övladı var.

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri

Həmkarlar İttifaqı Respublika Komitəsi

Azərbaycanda neft sahəsində həmkarlar ittifaqı hərəkatı 19-cu əsrin 90-cı illərinə təsadüf edir. 1904-cü ildə dünyada ilk dəfə Bakı neftçiləri ilə işəgötürənlər arasında tarixdə «Mazut müqaviləsi» adını almış ilk kollektiv müqavilə Azərbaycanın neft sənayesində həmkarlar hərəkatının əsasın qoymuşdur. Bu gün Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı öz sıralarında 6705 nəfərədək üzvü birləşdirir.

İttifaqın ali orqanı – qurultaydır və Məclis tərəfindən (müstəsna hallar istisna olmaqla) 5 ildən gec olmayaraq cağırılır. Qurultaylararası dövrdə ittifaqın ali orqanı 6 ayda bir dəfədən az olmayaraq keçirilən Məclis sayılır.

Məclisin iclaslararası dövründə isə ittifaqın icra orqanı olan Rəyasət Heyəti 3 ayda 1 dəfədən az olmayaraq çağırılır.

Respublika Komitəsinin «Daimi komissiyalar haqqında Əsasnaməsi» təsdiq edilmişdir. Əsasnaməyə uyğun olaraq 6 daimi komissiya fəaliyyət göstərir:
1. Təşkilat məsələləri üzrə komissiya
2. Kollektiv müqavilələr üzrə komissiya
3. Sosial-iqtisad məsələləri üzrə komissiya
4. Əməyin və sağlamlığın mühafizəsi üzrə komissiya
5. Əmək mübahisələri üzrə komissiya
6. Qadın və gender məsələləri üzrə komissiya

İttifaqın struktur xidmətinə 105 ilk həmkarlar ittifaqı təşkilatı daxildir. Həmin təşkilatlardan 74-ü SOCAR-a aid olan müəssisələr, 26-sı özəl, birgə müəssisələr və 5-i isə digər həmkarlar ittifaqı təşkilatlarıdır.

ANQSİ Hİ RK 1997-ci ildən Neft Qaz Tikintisi Kompleksi İşçilərinin Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının üzvüdür.

1999-cu ildən İCEM-in, 2012-ci ildən isə özündə daha çox Beynəlxalq Həmkarlar İttifaqlarını birləşdirən İndustriALL Birliyinin üzvüdür.

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri
Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri
Cahangir Kərim oğlu Əliyev
  • 1955-ci ildə anadan olmuşdur.
  • 1976-cı ildə AzərbaycanXalq Təsərrüfatı İnstitutunu bitirmişdir.
  • Əmək fəaliyyətinə 1976-cı ildə Bakı elektrik maşınqayırma zavodunda usta köməkçisi kimi başlamışdır. Sonra mühəndis-normalaşdırıcı, iqtisadçı vəzifələrində işləmişdir.
  • 1980-ci ildə Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində mənzil məişət şöbəsinin müdiri, 1990-cı ildə Azərbaycan Həmkarlar İttifaqları Şurasında fəhlə nəzarəti inspeksiyasının rəhbəri, 1991-ci ildən isə mənzil-məişət şöbəsinin məsləhətçisi vəzifələrində çalışmışdır.
  • 1992-1995-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətinin Sosial İnkişaf Baş İdarəsinin rəis müavini və Sosial İnkişaf şöbəsinin müdiri vəzifəsində işləmişdir.
  • 1996-cı ildə Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir. AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvüdür.
  • 2011-ci ildə Neftqaz Sənayesi və Neftqaz Tikintisi Kompleksi İşçilərinin Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının baş katibinin müavini vəzifəsinə seçilmişdir. Həmin təşkilatın döş nişanı ilə təltif edilmişdir.
  • 2017-ci ildə Neft və Qaz Sənayesi İşçilərinin Beynəlxalq Konfederasiyasının Vitse-prezidenti seçilmişdir.
  • 2018-ci ildə Kimya və Əlaqəli Sənayelər Beynəlxalq Həmkarlar İttifaqı Birliyinin Vitse-prezidenti seçilmişdir.
  • 2006-cı ildə Azərbayjan Respublikasının Prezidentinin sərəncamına əsasən «Tərəqqi» medalı və Azərbaycan Həmkarlar İttifaqlarının «Həmkarlar ittifaqında xidmətlərinə görə» medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 21.10.2015-ci il tarixli Sərəncamınaəsasən Cahangir Kərim oğlu Əliyev 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif edilib.
  • Evlidir. İki övladı var.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri
Həmkarlar İttifaqı Respublika Komitəsi
  • 1905-ci ildə Bakıda poçt və teleqraf qulluqçuları Ümumrusiya poçt-teleqraf məmurları ilk Həmkarlar İttifaqının yerli şöbəsini yaratmışlar.
  • 22 fevral 1968-ci ildə rabitə və avtonəqliyyat işçilərinin və şosse yolları fəhlələrinin Respublika
    Komitəsinin IV Plenumu «Rabitə işçiləri» və «Avtonəqliyyat işçiləri və şosse yolları fəhlələri» iki
    Müstəqil Sahə Həmkarlar İttifaqı Respublika Komitələrini yaratmaları barədə qərar qəbul etmişdir.
  • İttifaq Azərbaycan Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi adı altında fəaliyyətgöstərmiş dir. 24 yanvar 2020-ci il tarixində isə İttifaqın Nizamnaməsinə dəyişiklik edilərək Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı adlandırılmışdır.
  • Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı rabitə, nəqliyyat və yüksək texnologiya sahəsində çalışan işçilərin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün iş yeri, peşə, ərazi, sahələr üzrə yaradılmış həmkarlar ittifaqı təşkilatlarının birliyidir. NRYTİHİ Azərbaycan Respublikası Konstitusiyasına, beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsiplərinə və normalarına, Azərbaycan Respublikasında ratifikasiya olunmuş beynəlxalq müqavilələrə, Azərbaycan Respublikasının qanunvericiliyinə və onun subyektlərinə, mövcud Nizamnaməyə müvafiq olaraq fəaliyyət göstərir.
  • NRYTİHİ həmkarlar ittifaqı hərəkatının tərkib hissəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.
  • Hazırda İttifaq öz ətrafında 5 həmkarlar ittifaqı şöbəsi və 2 birləşmiş həmkarlar ittifaqı komitəsindən ibarət 168 ilk təşkilatda həmkarlar ittifaqı üzvü olan və nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində çalışan 20 minə qədər üzvü birləşdirir.
  • İttifaqın Xaçmaz rayonu Nabran qəsəbəsində “Nabran Rabitəçi İstirahət Bazası” fəaliyyət göstərir.
  • Həmkarlar İttifaqının orqanları aşağıdakılardır:
  • Konfrans-ali rəhbər orqan
    Respublika Komitəsi – seçkili kollegial orqan
    Rəyasət Heyəti – icraedici kollegial orqan
    Həmkarlar İttifaqı sədri – tək icraedici orqan
    Təftiş komissiyası – nəzarət təftiş orqanı
  • Nəqliyyat, Rabitə, Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi UNİ Global və RİBHİ (МОР) üzvü kimi mütəmadi olaraq bu təşkilatların tədbirlərində iştirak edir.
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri
Müşviq Vaqif oğlu Əmirov

Doğum tarixi,yeri

  • 23.09.1969 , Tərtər şəhəri

Dövlət qulluğunun dərəcəsi:

  • Dövlət qulluğunun kiçik müşaviri

Təhsili:

  • Bakı Sosial İdarəetmə və Politologiya İnstitutu

Əmək fəaliyyəti:

  • 07.01.1996-18.12.1996- “Səs” qəzeti, xüsusi müxbir
  • 01.10.1997-01.01.2005- Rabitə Nazirliyi Mətbuat və informasiya mərkəzinin rəisi, “Rabitə dünyası” qəzetinin baş redaktoru
  • 01.01.2005-18.08.2014- Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Mətbuat katibi
  • 18.08.2014-10.12.2015- Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Nazirin müşaviri, “Rabitə dünyası” qəzeti və “ICT news” Elektron xəbər xidmətinin rəhbəri;
  • 10.12.2015-24.01.2018- Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İctimaiyyətlə əlaqələr sektorunun müdiri
  • 25.01.2018-----Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İctimaiyyətlə əlaqələr və vətəndaş qəbulu şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri

Təltiflər:

  • 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
  • Müxtəlif vaxtlarda 18 dəfə nazirliyin Fəxri Fərmanına, 13 dəfə ictimai, qeyri-hökümət və beynəlxalq təşkilatlar, o cümlədən AŞPA, AŞ, Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən müxtəlif diplom və sertifikatlara layiq görülüb.

Müəllifi olduğu kitablar:

  • “Heydər Əliyev və Azərbaycan rabitəsi”
  • “İlham Əliyev- Bizim siyasətimiz bizim işimizdir”

Partiya mənsubiyyəti:

  • 1995-ci ildən YAP üzvü

Bildiyi xarici dillər:

  • İngilis,rus

Komputer bacarığı:

Windows, Microsoft Office, Internet

Əlaqə:

Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri
Həmkarlar İttifaqı Respublika Komitəsi
  • 1990-cı ilin sentyabrında “Azərbaycan Sahibkarlıq İşçiləri Müstəqil Həmkarlar İttifaqı”nın, 1991-ci ilin martında isə “Azərbaycan Elm, Elmi-İstehsalat və Özəl Müəssisələri İşçiləri Müstəqil Həmkarlar İttifaqı”nın əsası qoyulmuşdur. Sonradan ayrı-ayrılıqda fəaliyyət göstərən iki həmkarlar ittifaqı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tövsiyəsi ilə 1997-ci ilin aprelində birləşərək vahid bir orqana çevrilmişdir.
  • 1997-ci il noyabrın 26-da keçirilmiş növbədənkənar konfransda yeni redaksiyada Nizamnamə təsdiq edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyində bir daha qeydiyyatdan keçmiş və təşkilat “Azərbaycan Sahibkarlıq və Elm, Elmi-İstehsalat Müəssisələri İşçiləri Müstəqil Həmkarlar İttifaqı” adı altında fəaliyyət göstərməyə başlamışdır.
  • Sahə həmkarlar ittifaqi öz fəaliyyətini Azərbaycan Respublikasının mövcud qanunvericiliyi, o cümlədən Azərbaycan Respublikası «Həmkarlar İttifaqları haqqında» Qanunun, AHİK-in qərar və tövsiyyələri, eləcə də öz Nizamnaməsi əsasında qurur.
  • Sahə həmkarlar ittifaqı təşkilatı maliyyə-təsərrüfat fəaliyyəti göstərən sahibkarlıq və elm, elmi-istehsalat, kiçik, birgə, icarə və innovasiya müəssisələrinin, şirkətlərin, assosiasiyaların, korporasiyaların, səhmdar cəmiyyətlərin, şura, birliklərin, özəl ali və orta təhsil məktəblərinin işçilərini, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan bütün şəxsləri könüllülük əsasında birləşdirən müstəqil qeyri-siyasi ictimai təşkilatdır.
  • Nizamnaməyə əsasən ilk təşkilatların ali orqanı yığıncaq (konfrans), regional və Azərbaycan Respublikası səviyyəsində konfransdır. Bu müddət ərzində sahə həmkarlar ittifaqı Respublika Komitəsi 5 konfrans keçirmişdir.
  • Hazırda sahə həmkarlar ittifaqı təşkilatı geniş şəbəkəyə malikdir. Respublikanın şəhər və rayonlarında, eləcə də Bakı şəhərində rayon, birləşmiş həmkarlar ittifaqı komitələri yaradılmışdır. Sahə həmkarlar ittifaqi təşkilatı 46 şəhər, rayon komitəsini, 8 birləşmiş həmkarlar ittifaqı komitələrini birləşdirir. Həmkarlar İttifaqı Respublika Komitəsi üzrə 2344 üzv təşkilatlarda 42530 nəfər həmkarlar ittifaqı üzvü qeydiyyata alınmışdır.
Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri
 Hİ Respublika Komitəsinin sədri
  •  

 

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi

Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı 1905-ci ildə yaradılmışdır. Respublika zəhmətkeşlərinin ən böyük həmkarlar ittifaqı birliklərindən biridir. Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi özündə 73 ərazi şurası, 1 birləşmiş komitə və 386 ilk həmkarlar ittifaqı təşkilatlarını birləşdirir.

Həmkarlar ittifaqının 137308 üzvü vardır, onlardan 12101 nəfərini tələbə, 109336 nəfərini isə qadınlar təşkil edir. Səhiyyə İşçiləri Həmkarlar İttifaqının ali orqanı 5 ildən bir çağırılan Qurultaydır. Səhiyyə İşçiləri Həmkarlar İttifaqının I Qurultayı 2005-ci ildə keçirilib. Qurultaylararası dövrdə həmkarlar ittifaqının işinə Məclis rəhbərlik edir. Məclis ildə bir dəfə çağırılır. Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinə operativ rəhbərlik etmək üçün Məclis üzvlərindən Respublika Komitəsinin Rəyasət Heyəti seçilir.

Sahə həmkarlar ittifaqı öz fəaliyyətini Azərbaycan Respublikasının mövcud qanunvericiliyi, o cümlədən Azərbaycan Respublikası «Həmkarlar İttifaqları haqqında» Qanunun, AHİK-in qərar və tövsiyyələri, eləcə də öz Nizamnaməsi əsasında qurur.

Respublika Komitəsində əmək və sosial-iqtisadi məsələlər üzrə, gender bərabərliyi və qadın problemləri üzrə, əməyin mühafizəsi, sosial-sığorta məsələləri üzrə daimi komissiyalar və Gənclər Şurası fəaliyyət göstərir.

Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi
kollektiv müqavilələrin və sazişin hazırlanması, bağlanması və onlarda
dəyişikliklər edilməsi üçün kollektiv danışıqlar aparmaq hüququna
malikdir.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi arasında 2022-2024-cü illər üçün Sahə (Tarif) Kollektiv Saziş bağlanmışdır.

Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) arasında 2023 -2025-ci illər üçün Sahə (Tarif) Kollektiv Saziş bağlanmışdır.

Həmkarlar İttifaqı Respublika Komitəsi xarici ölkələrin həmkarlar ittifaqları, o cümlədən İctimai Xidmət sahəsi Həmkarlar İttifaqının Avropa Federasiyası (EPSU) və İctimai Xidmət sahələri Beynəlxalq Həmkarlar İttifaqı təşkilatı (PSİ) ilə aktiv əməkdaşlıq edir.

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı 2016-cı ildə Qusar rayonunda öz üzvlərinin istirahəti üçün tikilmiş və istifadəyə verilmiş 80 yerlik “Şəfa” istirahət mərkəzinə malikdir.  

2024-cü il Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin VI Məclisində Mərdanov Arif  Fərman oğlu Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə sədr seçilmişdir.

 
Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri
Mərdanov Arif  Fərman oğlu

  • 1970-ci ildə anadan olub.

  • Azərbaycan İnşaat Mühəndisləri Universitetini inşaat mühəndisi ixtisası üzrə bitirib. İkinci təhsil kimi Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadçı ixtisası üzrə təhsil alıb.

  • 1996-cı ildən 2010-cu ilədək “Azərsu” SC-də və “SOCAR” da müxtəlif vəzifələrdə çalışıb.

  • 2010-cu ildən 2014-cü ilədək tikinti şirkətinin rəhbəri vəzifəsində işləyib.

  • 2014-2024-cü illərdə Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri vəzifəsində çalışıb.

  • 2024-cü il 17 yanvar tarixindən Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədridir.

  • 2015-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Tərəqqi medalı ilə təltif olunub.

  • Evlidir, 3 övladı var.

 

Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqi Respublika Komitəsi
  • Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı 26 sentyabr 2002-ci ildə yaradılmışdır. Respublika həmkarlar ittifaqı komitəsi 11632 nəfər ittifaq üzvünü birləşdirən 160 təşkilatı əhatə edir.
  • Həmkarlar ittifaqının ali orqanı qurultaydır. Sonunju qurultay 16 oktyabr 2007-ci ildə keçirilmişdir. Qurultaylararası dövrdə Respublika Komitəsinin işinə ildə bir dəfədən az olmayaraq keçirilən Məclis rəhbərlik edir. Operativ rəhbərliyi həyata keçirmək üçün Məclis üzvlərinin tərkibindən İcraiyyə Komitəsi seçilir.
  • Həmkarlar ittifaqı Respublika Komitəsi «Həmkarlar ittifaqları haqqında» Respublika Qanununa, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqının Nizamnamələrinə uyğun olaraq fəaliyyət göstərir. Komitə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun tabeçiliyində olan idarə, müəssisə işçilərinin və digər ekologiya sahəsində çalışanların əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin edir. Öz işini həyata keçirmək üçün komitə müntəzəm olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sahə Kollektiv Sazişləri bağlayır. Sonuncu dəfə 27 avqust 2010-cu ildə 2010-2012-ci illəri əhatə edən sahə Kollektiv Sazişi imzalanmışdır.
  • Həmkarlar ittifaqı Tikinti, Meşə İşçiləri Həmkarlar İttifaqlari Beynəlxalq Federasiyasının, MDB ölkələri Meşə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının üzvüdür.
Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri
Telman Nəsirulla oğlu Quliyev
 
  • 1953-cü ildə anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir.
  • Əmək fəaliyyətinə 1970-ci ildə «Şərq qapısı» qəzetində başlamış, 1
  • 983-cü ilədək orada çalışmışdır.
  • 1984-cü ildən 1996-cı ilədək Naxçıvan Muxtar Respublikası Dövlət Teleradio Verilişləri Komitəsində  kiçik redaktor vəzifəsindən baş redaktor vəzifəsinədək yüksəlmişdir.
  • 1996-2005-ci illərdə Azərbaycan Jurnalistlər Birliyinin baş referenti kimi çalışmış,
  • 2005-2008-ci illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətində Radio verilişləri departamentinin direktoru,
  • 2008-2010-cu illərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında müşavir vəzifələrində işləmiş,
  • 2011-ci ildə Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir.
  • 1990-1995-ci ilərdə T.N.Quliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuş, Azərbayjan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
  • Ailəlidir, 3 övladı var.
 
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi 

 

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Azərbaycan Mədəni-
Maarif İşçiləri Həmkarlar İttifaqının varisi olaraq 9 iyun 1920-ci ildə
yaranmışdır. O vaxta qədər isə Azərbaycanda bir neçə müəllim ittifaqı
kortəbii formada fəaliyyət göstərmiş və öz fəaliyyətlərini yalnız
maaşlarının artırılması tələbi ilə məhdudlaşdırmışlar. Sonrakı illərdə
Azərbaycan Mədəni-Maarif İşçiləri Həmkarlar İttifaqı – Maarif, Ali Məktəb,
Elmi İdarə İşçiləri Həmkarlar İttifaqı (MAMEİİHİ), Xalq Təhsili və Elm
İşçiləri Həmkarlar İttifaqı (XTEİHİ) və 1990-cı ildən Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) adlanır.

İttifaqın əsas məqsədi ölkəmizin təhsil sistemində fəaliyyət göstərən
dövlət və özəl müəssisələrinin, təşkilatlarının, ali, orta ixtisas və peşə
təhsili, ümumorta təhsil müəssisələrinin işçilərinin, tələbələrinin,
aspirantlarının əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin
müdafiəsini təmin etməkdir.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı 390 min nəfərə yaxın
üzvü, 5800-dən çox ilk həmkarlar ittifaqı təşkilatını öz ətrafında
birləşdirir.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının ali orqanı 5 ildən bir
çağırılan Qurultaydır. Qurultaylararası dövrdə ali orqan ildə bir dəfədən az
olmayaraq keçirilən Məclisdir. Məclislərarası dövrdə isə icraedici orqan
olan və rübdə bir dəfədən az olmayaraq çağırılan Rəyasət Heyətidir.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi
kollektiv müqavilələrin və sazişin hazırlanması, bağlanması və onlarda
dəyişikliklər edilməsi üçün kollektiv danışıqlar aparmaq hüququna
malikdir.

İttifaq beynəlxalq əməkdaşlıq çərçivəsində bəzi ölkələrin uyğun
həmkarlar ittifaqı təşkilatları ilə təcrübə və informasiya mübadiləsi
məqsədilə ikitərəfli əlaqələr qurur, eyni zamanda bir sıra beynəlxalq
həmkarlar ittifaqlarının tam hüquqlu üzvüdür. ATİAHİ 1992-ci ildən Rusiya
Federasiyasının Moskva şəhərində yerləşən Beynəlxalq Elm və Təhsil
İşçiləri Həmkarlar İttifaqları Birliyinin, 2000-ci ildən Belçika Respublikasının
Brüssel şəhərində yerləşən Beynəlxalq Təhsil Birliyinin, 2006-cı ildən isə
Türkiyə   Respublikasının Ankara şəhərində yerləşən Avrasiya Təhsil
İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin üzvüdür.

 

 

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri
Möhbalıyev Səttar Suliddin oğlu

  • 1955-ci ildə Naxçıvan MR-nın Şərur rayonunun Qıvraq kəndində anadan olmuşdur.
  • 1979-cu ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.
  • 1973-cü ildə Bakı şəhərində müxtəlif müəssisələrdə əmtəəşünas, mühəndis-iqtisadçı və baş mühasibin müavini vəzifələrində işləmişdir.
  • 1980-ci ildən 1991-ci ilə qədər Avtonəqliyyat və Şosse Yolları İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində müfəttiş-təlimatçı, maliyyə şöbəsinin müdiri,
  • 1991-ci ildən 2006-cı ilədək isə həmin Respublika Komitəsinin sədri olmuşdur.
  • Respublikamız müstəqillik qazandıqdan sonra ölkənin bütün sahələrində olduğu kimi həmkarlar ittifaqlarında da islahatların həyata keçirilməsi zərurəti yaranmışdır.
  • 1992-ci ildə S.Möhbalıyevin rəhbərliyi ilə Azərbaycan Həmkarlar İttifaqları Şurasında və ümumilikdə həmkarlar ittifaqlarında struktur islahatlarının aparılması və yeni nizamnamənin hazırlanması məqsədi ilə təşkilat komitəsi yaradılmış və 1993-cü ilin fevralında AHİK-in təsis qurultayı keçirilmişdir. Təsis qurultayının iştirakçılarının yekdil təklif və səsi ilə S.Möhbalıyev AHİK-in sədri seçilmişdir.
  • 1998-2003-2008-2013-cü illərdə AHİK-in I, II, III və IV qurultaylarında yenidən bu vəzifəyə seçilmişdir.
  • 2006-cı ildə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Məclisində İttifaqın sədri seçilmişdir.
  • S.Möhbalıyev AHİK-in sədri seçildikdən sonra həmkarlar ittifaqlarında islahatların aparılmasında, onun əmlakının qorunub saxlanılmasında, «Həmkarlar İttifaqları haqqında» Azərbaycan Respublikası qanununun qəbul edilməsində, həmkarlar ittifaqlarının nüfuzunun möhkəmləndirilməsində, transmilli şirkətlərdə həmkarlar ittifaqının yaradılmasında müstəsna əmək sərf etmişdir. S.Möhbalıyevin səyi nəticəsində AHİK MDB məkanında Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasına ilkin üzv olan təşkilatlardan biridir.
  • S.Möhbalıyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edir.
  • Respublikada aparılan islahatlarla bağlı yaradılmış bir sıra dövlət komissiyalarının üzvü, Milli Məclisin deputatı, Polşa-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Türkiyə, Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Azərbaycan Respublikası Milli Məslisinin İctimai birliklər və dini qurumlar komitəsinin, intizam komissiyasının, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) Sədrlər Şurasının, Ümum Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin üzvüdür.
  • 2014-cü ildən BHİK-in, 2015-ci ildən isə Pan Avropa Regional Şurasının vitse-prezidentidir.
  • İqtisad elmləri doktoru, professordur.  "Azərbaycan bu gün: Məşğulluq və sosial tərəfdaşlıq problemləri", "Keçid dövründə əmək bazarı və məşğulluq siyasəti", "Əmək bazarı, məşğulluq və işsizliyin elmi - nəzəri əsasları", "Beynəlxalq Əmək Təşkilatı: tarixi, strukturu və Azərbaycanla əlaqələri", "Əmək bazarı və əhalinin sosial müdafiəsi" kitablarının və bir sıra elmi məqalələrin müəllifidir.
  • Azərbaycan Respublikasının «Şöhrət» ordeni, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, Ümum Həmkarlar İttifaqları Konfederasiyasının qızıl və gümüş medalı, Rusiya Federasiyasının Rabitə İşçilərinin Ümumrusiya Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin Rəyasət Heyətinin qızıl ordeni və Neftqaztikinti həmkarlar ittifaqları Beynəlxalq Federasiyasının diplomu və mükafatı ilə təltif olunmuşdur.
  • Evlidir, üç övladı var.
Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçilərinin
Həmkarlar İttifaqı Azərbaycan Respublika Komitəsi

Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçilərinin Həmkarlar İttifaqı
Respublika Komitəsi mənzil-kommunal təsərrüfatı, yerli sənaye, xidmət sahələri,
korlar və karlar cəmiyyətləri müəssisə, birlik, firma və təşkilatların işçilərinin
sosial-iqtisadi, hüquqi və mənəvi mənafelərini müdafiə edən və həyata keçirən
müstəqil ictimai təşkilatdır.

Yerli sənaye və kommunal-məişət müəssisələri adını daşıyan həmkarlar
ittifaqı 1920-ci ilin avqust ayında keçirilən II Ümumrusiya Qurultayında yaradıldı
və Bakı quberniyasının kommunal təsərrüfatı işçiləri həmkarlar ittifaqı adlandırıldı.
Keçən əsrin əvvəllərindən başlayaraq bu uzun müddət ərzində sahə həmkarlar
ittifaqı hər cür iqtisadi islahatlardan keçdi. Azərbaycan Respublikası müstəqillik
qazanandan sonra ölkədə gedən iqtisadi, sosial və siyasi islahatlar nəticəsində sahə
həmkarlar ittifaqında da müasir tələblərə cavab verən struktur dəyişiklikləri
aparıldı. 1993-cü ildən sahə həmkarlar ittifaqı Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının tərkibində fəaliyyət göstərməyə başladı.

Hal-hazırda həmkarlar ittifaqı Respublika Komitəsi 24500 həmkarlar ittifaqı
üzvü olan (o cümlədən 5300 qadın, 7200 gənc) 208 həmkarlar ittifaqı təşkilatı
birləşdirir. Respublika Komitəsi 2 birləşmiş həmkarlar ittifaqı komitəsindən, 3
şəhər – Gəncə, Sumqayıt, Mingəçevir və 203 ilk həmkarlar ittifaqı komitələrindən
ibarətdir.

Həyat təminatlı sahə olaraq əhaliyə işıq, istilik, yaşıllığa qulluq, sanitar
təmizlik və abadlıq xidmətləri göstərən qabaqcıl müəssisələrdə: «Azərişıq» və
«Azəristiliktəchizat» ASC, Bakı şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı
Birliyi, Sumqayıt, Gəncə, Mingəçevir şəhər mənzil-kommunal təsərrüfatı birlikləri,
«Bakışəhərişığı» Elektrik Şəbəkə Müəssisəsi – işçilərin iş şəraitinin
yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi üzrə müəyyən işlər
görülür.

Sahə həmkarlar ittifaqının ali orqanı – qurultaydır. Sonuncu IV Qurultayı
2017-ci ilin iyun ayında keçirilmişdir. Qurultaylararası dövrdə həmkarlar
ittifaqının rəhbər orqanı Məclisdir. Məclis Qurultay tərəfindən seçilir və ya hər bir
həmkarlar ittifaqı təşkilatının birbaşa bərabər nümayəndəliyi ilə formalaşdırılır.
Məclislərarası dövrdə həmkarlar ittifaqının fəaliyyətinə Rəyasət Heyəti rəhbərlik
edir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sakibkarlıq (İşəgötürənlər)
Təşkilatlarının Milli Konfederasiyası arasında bağlanmış Baş Kollektiv Sazişə
əsaslanaraq Respublika Komitəsi ilk həmkarlar ittifaqı komitələri ilə birlikdə
yerlərdə kollektiv müqavilələri bağlamaqla əməyin mühafizəsinin və əmək
şəraitinin yaxşılaşdırılmasına, müxtəlif növ əlavə güzəştlərin tətbiqinə nail olmağa,
aparılan islahatların zəhmətkeşlərin mənafeyinə işləməsinə çalışır.

2015-2018-ci illər ərzində Respublika Komitəsinin rəhbərliyinin səyi
nəticəsində həmkarlar ittifaqının strukturu təkmilləşdirilmiş, sıralarına yeni üzvlər
cəlb edilmişdir. 15 kiçik və orta sahibkarlıq müəssisələrində həmkarlar ittifaqı
təşkilatı təsis edilmiş, həmkarlar ittifaqı xidmətindən yayınan 23 müəssisə sahə
prinsipinə uyğun yenidən qaytarılmışdır. Maliyyə intizamının gücləndirilməsi
nəticəsində üzvlük haqlarının toplanmasında müsbət nəticələr əldə edilmişdir:
əvvəlki illərə nisbətən üzvlük haqlarının yığımı 50-60% artmışdır. Hər il 1000
nəfərdən çox sahə zəhmətkeşlərinin sağlamlaşdırılması və onların ailəvi
istirahətləri təşkil olunur.

Gender və gənclər siyasətini yerinə yetirməklə həmkarlar ittifaqı orqanlarında
yeni üzvlərin cəlb edilməsi, kadr ehtiyatı işini gücləndirmək, beynəlxalq
təşkilatların təcrübəsindən istifadə edərək aktual problemlər mövzusunda
seminarların, dəyirmi masaların keçirilməsini davam etdirir.
Hazırda sahə həmkarlar ittifaqı bütün səlahiyyətlərə malik, təşəbbüskarlığa,
yeniliyə, dünya həmkarlar ittifaqı sistemlərinə qoşulmağa qadir bir təşkilatdır.
Sahə həmkarlar ittifaqı 1997-ci ildən PSİ, EPSU və İndustriALL Qlobal
Union Beynəlxalq Həmkarlar İttifaqları Birliklərinin üzvüdür. PSİ Beynəlxalq
Həmkarlar İttifaqları Birliyi ilə ilk əlaqələr hələ 1992-ci ildə yaradılmış və nəhayət
5 ildən sonra Avropa və Dünya həmkarlar ittifaqları ailəsinə qəbul edilmişdir.
Beynəlxalq sahə həmkarlar ittifaqlarından başqa, eyni zamanda, Türkiyənin
“Hizmet-İş” Sendikası və “Hak-İş” Konfederasiyası ilə, Özbəkistan, Gürcüstan,
Rusiya, Belarusiya, Ukrayna kimi ölkələrin sahə həmkarlar ittifaqları ilə ikitərəfli
müqavilələr bağlanmışdır.

Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçilərinin
Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri
Hacıyev Telman Həbib oğlu

1 aprel 1951-ci il təvəllüdlü. Təhsili ali. 1972-ci ildə
Bakı Dövlət Universitetini bitirmişdir. 1982-1987-ci
illər ərzində təhsilini keçmiş SSR Daxili İşlər
Nazirliyinin Volqoqrad şəhərindəki Ali İstintaq
Akademiyasında davam etdirmişdir.

1972-ci ildən 2006-cı ilə qədər hüquq-mühafizə
orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır.
İstefaya çıxdıqdan sonra işçilərin əmək və sosial
hüquqlarının keşiyində duran Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasında hüquq şöbəsinin
müdiri vəzifəsinə dəvət almış və bacarıqla bu işin
öhdəsindən gəlmişdir.

Bu vəzifədə çalışdığı iki il müddətində yüzlərlə
həmkarlar ittifaqı üzvünün şikayətinə baxmış, problemlərinin həllində yardımçı
olmuşdur.

2008-ci ilin aprel ayında Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri
İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir. T.Hacıyev
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Məclis və İcraiyyə
Komitəsinin üzvüdür.

Rəhbərlik etdiyi 13 il ərzində Respublika Komitəsinin fəaliyyətində müsbət
dəyişikliklərə nail olmuşdur. Respublika Komitəsinin sədri kimi, sahə işçiləri və
həmkarlar ittifaqı fəalları, eləcə də beynəlxalq həmkarlar ittifaqı birliklərinin
rəhbərləri arasında nüfuz və hörmətə sahibdir.

Azərbaycan Respublikasının sosial-ictimai həyatında göstərdikləri
xidmətlərinə görə Prezidentin 04.02.2013-cü il tarixli Sərəncamı ilə “Tərəqqi”
medalı , AHİK-in «Həmkarlar ittifaqında xidmətlərinə görə» medalı, AHİK-in
“Azərbaycan həmkarlar ittifaqının 25-illik yubileyi” medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 05.02.2018-ci il tarixli Sərəncamı ilə
Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə 3-cü
dərəcəli  “Vətənə xidmətə görə” ordeni və AHİK-in “Azərbaycan Həmkarlar
İttifaqları – 115 il” yubiley döş nişanı ilə təltif olunmuşdur.
Ailəlidir, üç övladı və altı nəvəsi vardır.

 
Azərbaycan Respublikası Su Təsərrüfatı İşçiləri
Həmkarlar İttifaqları Respublika Komitəsi

Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ”Azərsu”  ASC –ti sistemində çalışan və bütün peşələrdən olan işçiləri öz ətrafında könüllü birləşdirən, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən müstəqil, ictimai, qeyri-siyasi təşkilatdır. Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi 15.03.2006-cı il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.

Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əsas məqsədi öz üzvlərinin peşə, iqtisadi və sosial hüquqlarını təmsil və müdafiə etməkdir. Öz fəaliyyətini isə Azərbaycan Respublikasının Konstitusiyasına, ”Həmkarlar İttifaqı haqqında” Azərbaycan Respublikasının qanununa, həmkarlar ittifaqının fəaliyyətinə dair digər normativ hüquqi aktlara, Azərbaycan Respublikasında Beynəlxalq Əmək Təşkilatının ratifikasiya olunmuş Konvensiyalarına uyğun olaraq həyata keçirir.

Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi öz ətrafında 51 təşkilatı və 13651 nəfər üzvü birləşdirir.

 

Azərbaycan Respublikası Su Təsərrüfatı İşçiləri

Həmkarlar İttifaqları Respublika Komitəsinin sədri

Akif Musa oğlu Məmmədov

1957-ci ildə anadan olmuşdur. 1983-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmışdır.

1975-ci ildə Bakı Kanalizasiya İdarəsində texnik kimi işə başlamış, 2006-cı ilədək həmin idarədə mühəndis, iş icraçısı, baş mühəndis və Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində çalışmışdır.

2006-cı ildə Azərbaycan Respublikası Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir. Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının  Məclisi və İcraiyyə Komitəsinin üzvüdür.

2007-ci ildə «Azərbayjan Həmkarlar İttifaqının 100 illik yubıley» medalına və 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə «Tərəqqi» medalına layiq görülmüşdür. Bu sahənin inkişafı ilə bağlı qurduğu iş və dostluq əlaqələrinə görə bir sıra xarici ölkələrin həmkarlar ittifaqı komitələrinin diplom və sertifikatları ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 21.10.2015-ci il tarixli Sərəncamına əsasən Akif Musa oğlu Məmmədov "Əməkdar mədəniyyət işçisi" Fəxri adına layiq görülmüşdür.

Ailəlidir. 4 övladı var.