SİHİ RK Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar tədbirlər təşkil edib

71

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi  (SİHİ RK) 28 Apreli Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar “İqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığına təsiri” mövzusunda tədbirlər keçirib.

Belə ki, Bakı şəhərində fəaliyyət göstərən rayon şuraları, həmkarlar ittifaqı komitələri sədrləri və müvafiq müəssisələrin əməyin mühafizəsi üzrə nümayəndələrinin iştirakı ilə seminar təşkil olunub. Seminarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əməyin mühafizəsi şöbəsinin əmək müfəttişi Mürvət Mehrabov da iştirak edib.

Eyni zamanda respublikanın şəhər və rayon səhiyyə işçiləri həmkarlar ittifaqı şuralarının sədrləri və müvafiq tibb müəssisələrinin əməyin mühafizəsi üzrə nümayəndələrinin iştirakı ilə də həmin mövzuda vebinar keçirilib.