SİHİ RK-nın rayon komitələrində seçkilər keçirilib

64

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (SİHİ RK) Oğuz və Qəbələ rayon komitələrində hesabat-seçki yığıncağı keçirilib.

Tədbirlərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndəsi Elxan Şahverdiyev, Respublika Komitəsi sədrinin birinci müavini Elnara Muradova və ittifaq üzvləri iştirak ediblər.

Öncə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Yığıncaqlarda rayon komitələrinin hesabatları dinlənilib, müzakirələr aparılıb. Hər iki komitənin fəaliyyəti qənaətbəxş hesab olunub.

Tədbirlərdə açıq səsvermə yolu ilə komitələrin yeni tərkibi formalaşıb, Qorxmaz Hümmətli Oğuz, Samir Şərifov isə Qəbələ rayon komitəsinin sədri seçilib.

AHİK-in və SİHİ RK-nın nümayəndələri yığıncaqlarda çıxış edib, fikirlərini bölüşüb, bir sıra tapşırıq və tövsiyələrini səsləndiriblər.