Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında vətəndaş qəbulu keçirilib

78

Mayın 3-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev növbəti vətəndaş qəbulu keçirib.

Qəbul zamanı Şura sədri vətəndaşların problemini diqqətlə dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub. Səsləndirilən müraciətlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.

Qəbulda şəhid ailələri və qazilərin müraciətlərinə xüsusi diqqətlə yanaşılıb, həlli üçün müvafiq tapşırıqlar verilib.

Qəbula gələn vətəndaşlar əhaliyə göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, hər həftənin cümə günü AHİK sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev saat 10:00-dan 12:00-dək vətəndaşları qəbul edir.