Elmi-tədqiqat institutunda hesabat-seçki yığıncağı keçirilib

107

Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun həmkarlar ittifaqının hesabat-seçki yığıncağı keçirilib.

Tədbirdə ittifaq üzvlər ilə yanaşı, Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Birliyinin (ASİHİB) sədri Fuad Məmmədov və İnstitutun direktoru İbrahim Cəfərov də iştirak edib.

İttifaq üzvləri qarşısında hesabat verən ilk həmkarlar ittifaqının sədri Vüqar Nəbiyev ötən dövr ərzində görülən işlərdən və keçirilən tədbirlərdən danışıb.

ASİHİB-nin sədri Fuad Məmmədov təqdim olunan hesabata münasibət bildirib, irad və təkliflərini səsləndirib. İnstitutun direktoru İbrahim Cəfərov isə həmkarlar ittifaqının fəaliyyətindən razılığını ifadə edib və gələcək işlərində uğurlar arzulayıb.

Yığıncaqda Rəyasət heyətinin yeni tərkibi formalaşıb. Həmçinin açıq səsvermə yolu ilə Vüqar Nəbiyev yenidən həmkarlar ittifaqının sədri seçilib.