Şəhid ailələri və qazilər hər zaman AHİK-in diqqətindədir

156

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bir qrup Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçıları və qazilər, şəhid ailələrinin üzvləri, həmçinin aztəminatlı ailələrdən olan şəxslərlə görüşüb.

Görüşdə iştirakçıları qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbrik edən AHİK sədri onların qayğı və problemləri ilə maraqlanıb, müraciətlərini dinləyib.

Görüşdə həmçinin iştirakçılara maddi-mənəvi dəstək göstərilib.