MİHİ Siyəzən rayon komitəsində yığıncaq keçirilib

110

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (MİHİ RK) Siyəzən rayon komitəsində hesabat-seçki yığıncağı keçirilib.

Tədbirdə MİHİ RK-nın Aparat rəhbəri Zaur Həmidov, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin sektor müdiri Fərid Musayev, ilk həmkarlar ittifaqlarının sədrləri və üzvləri iştirak ediblər.

Öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sukutla yad edilib.

Ardınca Siyəzən rayon komitəsinin sədri Ziyadə Dadaşovanın və Təftiş komissiyasının sədri Xanmirzə Abbasovun hesabatları dinlənilib, komitənin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Hesabatlar qənaətbəxş olaraq qiymətləndirilib və təsdiqlənib.

Yığıncaqda həmçinin komitənin tərkibi və Təftiş komissiyasının üzvləri seçilib. Ziyadə Dadaşova isə səsçoxluğu ilə yenidən komitənin sədri olub.