MİHİ Şəki rayon komitəsində hesabat-seçki yığıncağı keçirilib

130

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (MİHİ RK) Şəki rayon komitəsində hesabat-seçki yığıncağı keçirilib.

Yığıncaqda AHİK-in Hüquq şöbəsinin müdir müavini R.Bağırov, Şəki Rayon İcra Hakimiyyəti başçısının müavini E.İmamverdiyev, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin məsləhətçisi X.Səlimli, Şəki şəhər Gənclər və İdman İdarəsinin sektor müdiri A.Əhmədov, eləcə də MİHİ Şəki rayon komitəsinin üzvləri iştirak ediblər.

Öncə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Gündəlik və iş qaydası təsdiq edildikdən sonra Şəki rayon komitəsinin sədri N.Əliyevanın və Təftiş komissiyasının sədri Q.Quluyevanın hesabatları dinlənilib. Məruzə ətrafında şəhid Soltanlı Şahmarın anası ittifaq üzvü G.Bədirova, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin məsləhətçisi X.Səlimli və digərləri çıxış edərək komitənin hesabat dövrü ərzindəki fəaliyyətinin qənaətbəxş olduğunu vurğulayıblar.

Yığıncaqda həmçinin Rəyasət heyətinin üzvləri və Təftiş komissiyasının tərkibi seçilərək təsdiq edilib.

Sədr vəzifəsinə isə yekdilliklə N.Əliyeva yenidən seçilib. O həm də Respublika Komitəsinin  XIX Konfransına nümayəndə  seçilib.

Yığıncaqda MİHİ RK-nın sədri Adil Atakişiyevin qurumun sədri vəzifəsinə namizədliyi irəli sürülüb.

Sonda Şəki İcra Hakimiyyəti başçısının müavini E.İmamverdiyev və AHİK-in Hüquq şöbəsinin müdir müavini R.Bağırov çıxış edərək komitənin fəaliyyətinə uğurlar arzulayıblar.