Daha bir qrup şəhid ailəsi Ağbulaq İstirahət Mərkəzində dincəlib

189

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının maliyyə dəstəyi və “Naxçıvan şəhid ailələri” İctimai birliyinin təşkilatçılığı ilə şəhid ailələrinin üzvü olan 40 nəfərin Ağbulaq İstirahət Mərkəzində istirahəti təşkil olunub.

İki günlük proqram çərçivəsində onlar mənalı vaxt keçirib, şəhid övladları xizək sürüb, müxtəlif əyləncə attraksionlarından istifadə ediblər.

Qeyd edək ki, bundan əvvəl Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının maliyyə dəstəyi ilə şəhid ailələrinin 31 Yanvar – 1 fevral və 5-6 fevral tarixlərində Ağbulaq İstirahət Mərkəzində istirahətləri təmin olunub. Ümumilikdə isə 140 nəfər şəhid ailəsi üzvü Şuranın bu dəstəyindən yararlanıb.