SİHİ RK-nın VI Məclisi keçirilib

386

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (SİHİ RK) 6-cı Məclisi keçirilib.
Məclisin gündəliyinə hesabat-seçki yığıncaqlarının hazırlanması və keçirilməsi, həmçinin təşkilati məsələlər daxil edilib. Qeyd olunan məsələlərlə bağlı müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib, müvafiq qərarlar qəbul olunub.

Məclisin qərarı əsasında SİHİ RK-nın sədri Emin Əfəndiyev öz ərizəsi ilə vəzifəsindən azad edilib. RK-nın sədri vəzifəsinə Məclis üzvlərinin yekdil qərarı ilə Arif Mərdanov seçilib.

Eyni zamanda Arif Mərdanovun Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Məclis və İcraiyyə Komitəsinə üzvlüyü ilə bağlı vəsatət qaldırılıb.

Qeyd edək ki, AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev tədbirdə iştirak və çıxış edib.