“Xidmət-İş” Həmkarlar İttifaqı Federasiyası (HİF) seminarlar keçirib

908

“Xidmət-İş” Həmkarlar İttifaqı Federasiyası (HİF) “Street Net İnternational” Beynəlxalq Alyansın xətti ilə “Sosial dialoq” adlı maarifləndirici seminarlar təşkil edib.

Seminarlar Bakı şəhərində, həmçinin Şəmkir və Qəbələ rayonlarında keçirilib. Seminarların mövzusu küçə ticarəti ilə məşğul olan şəxslərin və bazarlarda çalışan satıcıların sosial dialoq daxilində əmək və sosial hüquqlarının qorunması yolları olub.

Tədbirdə həmkarlar ittifaqlarının üzvləri, Dövlət Əmək Müfəttişliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və “​Azərbaycan Sahibkar Qadınlar” İctimai Birliyinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən “Xidmət-İş” HİF-in vitse-prezidenti, “Street Net İnternational” Beynəlxalq Alyansının katibi Cəmaləddin İsmayılov həmkarlar ittifaqlarının cəmiyyətin həyatında rolu, əmək və sosial hüquqların qorunması, sosial dialoqun vacibliyi və digər məsələlər barədə geniş məlumat verib.