AZ | RU | EN

Üzv təşkilatlar

Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri

Telman Nəsirulla oğlu Quliyev

 

 

ekologiya1953-cü ildə anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir.

Əmək fəaliyyətinə 1970-ci ildə «Şərq qapısı» qəzetində başlamış, 1983-cü ilədək orada çalışmışdır. 1984-cü ildən 1996-cı ilədək Naxçıvan Muxtar Respublikası Dövlət Teleradio Verilişləri Komitəsində   kiçik redaktor vəzifəsindən baş redaktor vəzifəsinədək yüksəlmişdir.

1996-2005-ci illərdə Azərbaycan Jurnalistlər Birliyinin baş referenti kimi çalışmış, 2005-2008-ci illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətində Radio verilişləri departamentinin direktoru, 2008-2010-cu illərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında müşavir vəzifələrində işləmiş, 2011-ci ildə Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir.

1990-1995-ci ilərdə T.N.Quliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuş, Azərbayjan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

Ailəlidir, 3 övladı var.

FAYDALI KEÇİDLƏR