AMEA Azad Həmkarlar İttifaqının əməkdaşları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

35

AMEA Azad Həmkarlar İttifaqının (AHİ) sədri Sənan Həsənov, sədr müavini Şəhla Əmirova, Aparat işçiləri və ilk həmkarlar ittifaqlarının sədrləri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını doğum günü ilə əlaqədar ziyarət ediblər.

AMEA AHİ-nin əməkdaşları dərin hörmət və ehtiram ifadəsi olaraq Ulu Öndərin məzarı üzərinə gül dəstələri qoyub, ruhu qarşısında ehtiramlarını bildiriblər.
Həmçinin ziyarət iştirakçıları Ulu Öndərin ömür gün yoldaşı görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın xatirəsini anıb, ruhu qarşısında baş əyib və abidəsi önünə gül dəstələri düzüblər.

Ziyarət zamanı iştirakçılar Azərbaycanın xilaskarı, sabitlik və inkişafın memarı dahi Heydər Əliyevin yenilməz iradəsindən, onun müstəqillik uğrundakı əvəzsiz xidmətlərindən danışıb, müasir Azərbaycanın taleyindəki möhtəşəm Zəfərin bu siyasətin məntiqi davamı olduğunu bildiriblər. İştirakçılar həmçinin layiqli siyasi varis müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklərini yekdilliklə bəyan ediblər.