COLLECTIVE-FARM HEALTH

«Azərbkollektiv Təsərrüfatlararası Sağlamlıq» Respublika Birliyinin sədri
Rzayev İmran Sədulla oğlu

1950-ci ildə anadan olmuşdur. 1972-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu bitirmişdir.

1972-ci ildən Dövlət Statistika İdarəsində böyük iqtisadçı, Nəsimi rayonunun Dövlət Statistika Müfəttişi, rayon informasiya hesablama mərkəzində direktor müavini və 1976-cı ilin iyunundan 1982-ci ilin aprelinə kimi Nəsimi rayonu mənzil təsərrüfatı idarəsinin rəisi vəzifəsində çalışmışdır.

1982-ci ilin may ayından «Azərbtəsərrüfatlararasıheyvandarlıq» Respublika Birliyində əsaslı tikinti idarəsinin böyük mühəndisi və baş mühəndisi vəzifələrində və 1983-cü ilin mayından «Azərbkollektiv Təsərrüfatlararası Sağlamlıq» Respublika Birliyinin sədri vəzifəsində çalışır. AHİK-in Məclis üzvüdür.

İ.S.Rzayev 1978-1982-ci illərdə Nəsimi rayon Xalq Deputatları Sovetinə deputat seçilmiş, 2005-ci ildə «Azərbaycan Həmkarlar İttifaqının 100 illik yubiley» medalı ilə və 2007-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif edilmişdir.21.10.2015-ci il tarixli Sərəncamına əsasən İmran Sədulla oğlu Rzayev "Əməkdar mədəniyyət işçisi" Fəxri adına layiq görülüb.

Evlidir, üç övladı var.


“Azərbkollektiv Təsərrüfatlararası Sağlamlıq” Respublika Birliyi
Kollektiv Təsərrüfatlar və Təsərrüfatlararası Sağlamlıq Ocaqları və Pioner Düşərgələrinin Tikintisi və İstismarı üzrə Respublika Birliyi - “Azərbkollektiv təsərrüfatlararasısağlamlıq” Respublika Birliyi - Azərbaycan Respublikası Kollektiv Təsərrüfatlar Şurasının və Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətlərinin 11 fevral 1981-ci il tarixli qərarı ilə yaradılmışdır. Birlik kollektiv təsərrüfatların nümayəndələrinin iclasında kollektiv təsərrüfatların işçiləri və onların uşaqlarına sanatoriya-kurort xidmətinin yaxşılaşdırılması istiqamətində işlər görür.

Hazırda Birlik Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tərkibində fəaliyyətini davam edir.“Azərbkollektiv Təsərrüfatlararası Sağlamlıq” Respublika Birliyinin tərkibinə “Şəfa” müalicə pansionatı, “Şahdağ” istirahət evi, Sənaye İstehsalı və Texniki Dəstləşdirmə idarəsi, “Pambıqçı” sanatoriya-profilaktoriyası, “Kolxozçu”, “Lalə”, “Qaranquş” uşaq istirahət müəssisələri daxildir.

Respublikamızın səfalı güşələrindən biri olan Qax rayonunda Qax mineral su bulağının yaxınlığında 1989-ci ildən "Şəfa'" müalicə pansionatı fəaliyyət göstərir. Pansionat 3,5 hektar ərazidə yerləşir, əsas 3 mərtəbəli korpusu, 2 ədəd kottec, kafe-klub və uzgücülük hovuzu, idman meydançası istirahətçilərin xidmətindədir. Pansionatda 26 bir və iki otaqlı lyüks nömrələr, 8 kommunal şəraitli sadə nömrələr, kotteclərdə iki otaqlı 4 nömrə mövcuddur ki, bunlar 120 nəfər qəbul etmək imkanına malikdirlər. Pansionatda əsaslı təmir aparılmış və müvafiq müalicə və istirahət şəraiti yaradılmışdır.Pansionatın əsas profıli mədə-bağırsaq, ürək-damar və əzələ-sümük sistemi üzrə xəstəliklərin müalicəsidir.

Xaçmaz rayonunun Nabran qəsəbəsində 1983-cü ildən fəaliyyət göstərən "Şahdağ" istirahət evində əsaslı təmir aparılmış, yeməkxana yenidən qurulmuş və ərazidə abadlıq işləri yerinə yetirilərək istirahət şəraiti yaxşılaşdırılmışdır.

Xəzər dənizinin sahilində, Xudat-Yalama meşələrində yerləşən “Şahdağ” istirahət evində 4 yaşından 16 yaşınadək uşaqların valideynləri ilə birgə ailəvi istirahəti təşkil olunmuşdur.

İstirahətçilər meşə zolağının dənizdən 50 metrliyində yerləşən kotteclərdə 2-5 nəfərlik kommunal şəraitli otaqlarda yerləşdirilirlər.

Göstərilən xidmətlər: - yemək, ilkin tibbi yardım, idman və uşaq meydançalarından və diskotekadan istifadə, piyada turist gəzintiləri.

Aşağıda sadalanan pullu xidmətlər göstərilir: - nəqliyyat xidməti; avtonəqliyyatın dayanacağı; hava, dəmir yolu, avtobus biletlərinin sifarişi, alınması və çatdırılması; kinofilmlərin nümayişi; konsert proqramı; kompüter oyunları; Xaçmaz, Quba, Qusar, rayonlarının yaxınlığında yerləşən tarixi yerlərə, həmçinin Böyük Qafqazın dağ şəlalərinə ekskursiyalar (avtobusla); video filmlərin,çəkilişi;,kafe,və,bar,xidmətləri.
"Azərbkolxozlararası Sağlamlıq" Respublika Birliyi

Sədr: Rzayev İmran Sədulla oğlu
Tel: 342-61-53

Sənaye İstehsalatı və Texniki dəstləşdirmə idarəsi

Rəis: Əliyev Firuz Əziz oğlu
Tel:342-61-53

Xaçmaz "Şahdağ" istirahət evi

Direktor: Hacıyev Ramin İbrahimxəlil oğlu
Tel: 172-5-70

Qax "Şəfa" müalicə-pansionatı

Direktor: Saadov İftixar Rafail oğlu
Tel: 144 5-35-15