ACADEMY

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru

Qaraşov Hüseyn Tapdıq oğlu

1949-cu ildə anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir.

Əmək fəaliyyətinə fəhləlikdən başlamış, komsomol işində çalışmış, 1978-ci ildən Azərbaycan Həmkarlar İttifaqlarının təhsil müəssisəsində metodist, direktor müavini, direktor vəzifələrində işləmişdir. 2006-cı ildən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektorudur. Sosiologiya elmləri doktorudur. 4 kitab, bir çox metodiki vəsait və elmi məqalələrin müəllifidir. AHİK-in Məjlis üzvüdür.

2005-ci ildə Azərbayjan Respublikası Prezidentinin sərənjamı ilə «Tərəqqi» medalı ilə, 2009-cu ildə AHİK-in «Həmkarlar ittifaqında xidmətlərinə görə» medalı ilə, 2010-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin «Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi» döş nişanı ilə təltif olunmuşdur.

AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası ali təhsilli mütəxəssis hazırlığını və həmkarlar ittifaqı kadr və fəallarının ixtisaslarının artırılması və yenidən hazırlanması vəzifəsini həyata keçirən müasir təhsil mərkəzidir.

Keçmiş SSRİ-nin Həmkarlar İttifaqları Hərəkatı Ali Məktəbinin 1962-ci ildə Bakı Tədris-Məsləhət Məntəqəsi yaradılmışdır. Həmin məntəqə 1998-ci ildə Rusiya Federasiyası Əmək və Sosial Münasibətlər Akademiyasının Bakı Filialına çevrilmişdir. 2006-cı ildə isə Filialın bazasında müstəqil ali təhsil müəssisəsi – Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası yaradıldı. Akademiya ali təhsilli mütəxəssis hazırlamaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Dövlət qeydiyyatına alınmış, onun fəaliyyətinə Təhsil Nazirliyi tərəfindən lisenziya verilmişdir.

500 nəfərə yaxın tələbənin təhsil aldığı Akademiyada 57 nəfər professor-müəllim heyəti çalışır. Onların 31 nəfəri elmlər namizədi – dosent, 5 nəfəri elmlər doktoru, professordur.

Akademiyanın əməkdaşlari Təhsil Nazirliyı və Elmi Şura tərəfindən tövsiyə olunan onlarla tədris proqramları, dərslik, dərs vəsaiti və metodiki tövsiyələr hazırlamışlar.

Kadr və fəalların ixtisaslarınınn artırılması və yenidən hazırlanmasi həmişə Azərbaycan həmkarlar ittifaqlarının diqqət mərkəzində olmuşdur. Akademiyada bu vəzifəni xüsusi şöbə yerinə yetirir və burada həmkarlar ittifaqının aparat işçiləri, sədr və fəallarının bütün kateqoriyaları üzrə ixtisaslarının artırılması həyata keçirilir.

Tədris kursları 3, 5, 10 günlük təşkil olunur.

Akademiyada Tələbə – Gənclər, Tələbə həmkarlar ittifaqı təşkilatları və Tələbə-Elmi Cəmiyyəti fəaliyyət göstərir. Tələbələrin elmi-praktik konfranslarının, müsabiqələrinin keçirilməsinə, onların elmi-tədqiqat işlərinə Tələbə-Elmi Cəmiyyəti vasitəsilə cəlb olunmasına xüsusi fikir verilir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə tədbiri olan ali məktəb tələbələrinin fənn olimpiadalarında, eləcə də digər ali məktəblərdə keçirilən elmi-praktik konfranslarda Tələbə-Elmi Cəmiyyətinin üzvləri fəal iştirak edirlər.

Akademiyanın strukturu

• Akademiyaya ümumi rəhbərliyi mövcud qaydada təşkil olunmuş və rektorun başçılıq etdiyi Elmi Şura həyata keçirir.

• Fakültələr:

– İqtisadiyyat və inzibati idarəetmə;

– Maliyyə;

• İxtisaslar:

– İqtisadiyyat;

– Dövlət və bələdiyyə idarəetməsi;

– Maliyyə;

– Mühasibat uçotu və audit;

– İqtisadiyyatın hüquqi tənzimlənməsi.

• Kafedralar:

– Ümumi humanitar və sosial fənnlər;

– Ümumi riyaziyyat və təbiət elmləri fənnləri;

– Sosial tərəfdaşlıq və həmkarlar ittifaqı hərəkatı;

– Maliyyə;

– Mühasibat uçotu və audit;

– Ümumi iqtisadiyyat;

– Dillər;

– Menecment və hüquqi tənzimləmə.

• Şöbələr:

– Tədris;

– İnformasiya texnologiyaları və kompüter sistemləri;

– Həmkarlar ittifaqları kadr və fəallarının ixtisasartırma və yenidən hazırlanması;

– Ümumi;

– Mühasibatlıq.

– İnzibati təsərrüfat.

• Kitabxana.

Tədris prosesinin informasiya və metodiki təminatı kitabxana, kompüter texnikası vasitəsilə həyata keçirilir.

Akademiyanın kitabxanası öz fondunu ali məktəbin profilinə uyğun komplektləşdirir, professor-müəllim, tələbə heyətini elmi ədəbiyyatla, dərslik, dərs vəsaiti, dövri nəşrlə təmin edir. Kitabxanada 2 oxu zalı fəaliyyət göstərir. Akademiyanın kitabxanası Prezidentin İşlər İdarəsinin, Milli kitabxana, Universitet kitabxanaları, Milli Arxiv kitabxanaları ilə əməkdaşliq edir.

Akademiyada “İnformasiya texnologiyaları və kompüter sistemləri” şöbəsi, iki kompüter auditoriyası fəaliyyət göstərir. Kompüterlər İNTERNET şəbəkəsinə qoşulmuşdur.

Şöbənin əməkdaşları tərəfindən İnformatika və ona yaxın fənnlərin tədrisinə dair müxtəlif tədris-metodiki vəsaitlər, proqramlar və dərs vəsaitləri hazırlanıb çap edilmişdir. Şöbə TQDK, Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu ilə əməkdaşliq edir.