SPORT ORG. ASSOCIATION

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyi (AHİTA)


Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyi 1993-cü ildə yaradılmışdır.Onun strukturuna 5 idman cəmiyyəti - “Məhsul”, “Spartak”, “Zenit”, “Gənclik”, “Qarabağ” və 4 idman klubu – “Atilla”, “Pəhləvan”, “Şahmat və Dama”, “Alpinizm və turizm” daxildir.

AHİTA-nın Nizamnaməsinə əsasən onun ali orqanı konfransdır. Konfranslar arasındakı dövrdə AHİTA-nın fəaliyyətinə İcraiyyə Komitəsi rəhbərlik edir. Nizamnaməyə görə rübdə bir dəfədən az olmayaraq İcraiyyə Komitəsinin iclası keçirilir.

2007-ci ildə keçirilən hesabat-seçki konfransında AHİTA-nın prezidenti Nadir Lətif oğlu Əliyev seçilmişdir. AHİTA-nın qarşısında duran əsas məqsəd və vəzifələr aşağıdakılardır

- Assosiasiyaya üzv olan həmkarlar ittifaqları idman təşkilatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi və maliyyə vəsaiti ilə təmin edilməsi yollarının axtarışı;
- idman təşkilatlarında bədən tərbiyəsi və idman hərəkatının mərkəzləşmiş formada uçot, qeydiyyat və hesabatının aparılması, bu işlərə rəhbərlik və nəzarətin təmin edilməsi;
- idman təşkilatlarının əhatə etdiyi sahələr üzrə zəhmətkeşlər və onların ailə üzvləri arasında kütləvi bədən tərbiyəsi-sağlamlıq və idman işlərinin təşkili və həyata keçirilməsinin müvafiq idman təşkilatları tərəfindən təmin edilməsi;
- idman təşkilatlarında Olimpiya idman növlərinin inkişafını tənzimləmək, ayrı-ayrı idman növləri üzrə yarışların təşkilinə və keçirilməsinə köməklik göstərmək;
- milli yığma komandalarında Hİ idmançılarının daha çox sayda təmsil olunmasına, onların hazırlığına və beynəlxalq yarışlarda, eləcə də Olimpiya oyunlarında uğurla çıxışına şərait yaratmaq və nail olmaq.

Hazırda Hİ idman təşkilatlarında 20 uşaq-gənclər idman məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə fəaliyyət göstərən idman bölmələrində 6275 nəfər məşğul olur ki, onlardan 251 nəfəri qızlardır.

UGİM-lərdə idmançıların hazırlığı ilə 265 məşqçi-müəllim məşğul olur ki, onlardan 26-sı “Respublikanın Əməkdar məşqçisi”, 23-ü yüksək, 60-ı isə I kateqoriyalı məşqçi-müəllimlərdir.

Keçən dövr ərzində dünya və Avropa çempionatlarında və birinciliklərində çıxış edən idmançılarımız 24 qızıl, 19 gümüş və 40 bürünc medala layiq görülmüşlər.

"Spartak" Könüllü Bədən Tərbiyəsi İdman Cəmiyyəti (KBTİC)
Sədrin müavini: Hacıyev Yavər Hacı oğlu
Tel: 598-51-50


"Gənclik" Tələbə İdman Cəmiyyəti
Sədr: Xanəliyev Tofiq Sərxan oğlu
Tel: 793-74-63


"Məhsul" Kənd Könüllü İdman Cəmiyyəti
Sədr: Əliyev Rasim Həmid oğlu
Tel: 493-17-18


"Qarabağ" İdman Cəmiyyəti
Sədr: İbrahimov Ceyhun Əliqulu oğlu
Tel: 495-19-23


"Zenit" İdman Cəmiyyəti
Sədr: Hadıbəyov Fazil Məmmədəli oğlu
Tel: 564-52-86


"Alpinist və Turizm" Respublika İdman Klubu
Sədr: Mursaqulov Sarıdan Ramiz oğlu
Tel: 422-27-02


"Pəhləvan" Respublika İdman Klubu
Sədr müavini: Əliyev İsmayıl Mirhəzi oğlu
Tel: 598-06-58


"Şahmat və Dama" İdman Klubu
Sədr: Nurullayev Akif Sevdim oğlu
Tel: 432-39-25


"Atilla" İdman Klubu
Sədrin müavini: Məmmədov Fərhad Nizami oğlu
Tel: 498-00-35