ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

09 Aprel 2025

Yeni sosial layihəyə start verilir

Yeni sosial layihəyə start verilir

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, (AHİK) Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, AHİK-in üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı və “Referans Medical Group”un birgə təşkilatçılığı ilə “Həmkardan həmkara qayğı ilə” layihəsinə başlanılıb.

Əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərə əlçatanlığın daha da artırılması məqsədilə reallaşdırılan layihə çərçivəsində ucqar, dağlıq və sərhədyanı rayonlarda yaşayanlar üçün səyyar tibbi müayinələr təşkil olunacaq.

İlk səyyar müayinələr Lerik rayonunda - Lerik Rayon Mərkəzi Xəstəxanasında aprelin 10-11 tarixində saat 10:00-dan 16:00-dək keçiriləcəkdir.