ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

01 Mart 2025

Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib

Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. AƏSMA-nın rektor vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu günün hər il kütləvi humanitar tədbir kimi qeyd edildiyini, əhalinin mühafizəsini, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etməyin mülki müdafiə orqanları qarşısında əsas vəzifə kimi dayandığını bildirib. O, mülki müdafiə sahəsində görülən işlərin vacibliyini qeyd edib, əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərin əhəmiyyətini vurğulayıb.

Sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev, Bakı Regional Mərkəzinin rəis müavini Nəcəf Novruzov, AƏSMA-da mülki müdafiə fənnini tədris edən Yunis Ələkbərov, Mülki Müdafiə Qoşunlarının Radiasiya-kimya laboratoriyasının Radiometriya bölməsinin rəisi Tural Şahbazov, Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin böyük təlimatçısı Nizami Fərəcov, Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 1 saylı bölməsinin böyük həkimi Salman Əliyev Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar çıxış ediblər.