ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

22 Aprel 2025

Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı dəyirmi masa keçirilib

Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı dəyirmi masa keçirilib

Astara və Biləsuvar gömrük idarələrində, həmçinin “Şirvan” gömrük postunda Dövlət Gömrük Komitəsi mütəxəssislərinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyi nümayəndələrinin iştirakı ilə Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş dəyirmi masa təşkil edilib.

Tədbirlər zamanı təhlükəsiz əmək şəraiti, əməyin mühafizəsi və texniki təhlükəsizlik normaları, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının vaxtında alınması istiqamətində görülmüş işlər barədə məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinə üzv olan digər qurumlarda da bu cür tədbirlərin təşkili nəzərdə tutulur.