
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi (ASİHİB) Novruz bayramı ərəfəsində Lerik rayonunda şəhid və qazi ailələrini ziyarət edib.
ASİHİB-nin əməkdaşları şəhid və qazi ailələrini bayram münasibətilə təbrik ediblər, onların azyaşlı övladlarına bayram hədiyyələri verilib.