ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

30 Mart 2025

“Sağlamlığa doğru qaç” yarışı Ağcabədidə davam edib

“Sağlamlığa doğru qaç” yarışı Ağcabədidə davam edib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ASİHİRK) təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən “Sağlamlığa doğru qaç!” layihəsi çərçivəsində Ağcabədi rayonunda qaçış yarışı keçirilib. 
Beş min metr məsafəyə qaçışda Ağcabədi, Cəbrayıl, Laçın, Ağdam, Füzuli, Bərdə, Tərtər və Beyləqan rayonlarından ümumilikdə 130-a yaxın həkim, tibb bacısı və digər peşə sahibi iştirak edib.
Yekunda finiş xəttini birinci keçən ilk 3 nəfər qalib elan olunub və mükafatlandırılıb. Eləcə də qaliblər Xankəndi şəhərində təşkil olunacaq final yarışında iştirak etmək hüququ qazanıblar.
Qeyd edək ki, 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunan idman tədbiri tibb işçilərinin asudə vaxtının səmərəli təşkili, fiziki sağlamlığın təşviqi və həmkarlar ittifaqı üzvləri arasında həmrəyliyin gücləndirilməsi məqsədi daşıyır.