ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

16 Aprel 2025

PARŞ-ın İqtisadçılar birliyinin regional iclası keçirilib

PARŞ-ın İqtisadçılar birliyinin regional iclası  keçirilib

Aprelin 10-11-də Bosniya və Herseqovinanın Banya Luka şəhərində Pan-Avropa Regional Şurasının (PARŞ) İqtisadçılar birliyinin "Layiqli əməkhaqqı və kollektiv danışıqlar" mövzusunda regional iclası keçirilib.

Serbiya Həmkarlar İttifaqının sədri Ranka Mişiç, PARŞ-ın icraçı katibi Anton Leppik və Beynəlxalq Əmək Təşkilatının nümayəndəsi Maqnus Berqe çıxışlar edərək işçilərin əmək hüquqlarının effektiv müdafiəsi, layiqli əməkhaqqı ilə təmin olunması barədə fikirlərini bölüşüblər.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və sosial-iqtisadi hüquqların müdafiəsi şöbəsinin müdiri Tural Süleymanov çıxış edərək ölkəmizdə həyata keçirilən sosial islahatlar, həmçinin AHİK-in bu istiqamətdə gördüyü işlər, reallaşdırdığı yeni layihələr barədə məlumat verib.

İclasda gündəliyə çıxarılan məsələlərlə bağlı müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib.