ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

02 Dekabr 2024

Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının nümayəndələri ilə görüş olub

Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının nümayəndələri ilə görüş olub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının nümayəndələri ilə görüş keçirilib. Görüşdə müxtəlif sahələr üzrə inkişaf edən Azərbaycan-Özbəkistan əlaqələrindən danışılıb, əməkdaşlığın genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyəti vurğulanıb, həmkarlar ittifaqları arasında münasibətlər müzakirə olunub.

Ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəyə çatmasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin mühüm rolunu diqqətə çatdıran Konfederasiya sədri Füzuli rayonunda Mirzə Uluqbəy adına orta məktəbin inşa olunmasını Qarabağda həyata keçirilən bərpa-quruculuq işlərinə qardaş dəstəyi adlandırıb.

Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətindən söz açan Konfederasiya sədri Sahib Məmmədov üzvlərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətlərinin təşkili istiqamətində görülən işlər və tətbiq olunan yeniliklər, həmçinin sanatoriya-kurort müəssisələri, onların iş prinsipi, göstərilən xidmətlər barədə Özbəkistan nümayəndələrinə məlumat verib.