
Oğuz rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, Dövlət Məşğulluq Agentliyi, Dövlət Sosial Müdafiə Fondu və Oğuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə konfrans təşkil olunub.
“Əmək və sosial müdafiə: müasir çağırışlar və rəqəmsal həllər” mövzusunda keçirilən konfransda çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Musa Mirzəyev “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbirlərin əhəmiyyətindən bəhs edib. O, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, əməyin mühafizəsi istiqamətində həmkarlar ittifaqlarının gördüyü işlər barədə məlumat verib.
Konfransda mövzu üzrə panel müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Tədbir iştirakçıları Oğuzda keçirilən əmək yarmarkasında da iştirak ediblər.