ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

19 Mart 2025

Naxçıvanda uşaqlar üçün bayram tədbiri keçirilib

Naxçıvanda uşaqlar üçün bayram tədbiri keçirilib

Naxçıvan Dövlət Milli Dram Teatrında Novruz bayramı münasibətilə şəhid və qazi övladları, həmçinin sosial qayğıya ehtiyacı olan uşaqların iştirakı ilə tədbir keçirilib.
Əvvəlcə uşaqlar “Cırtdan nağıllar aləmində” tamaşasına baxıblar. Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Novruzun xalqımızın ən qədim bayramlarından olduğunu vurğulayıb, əziz bayram münasibətilə uşaqları təbrik edib.
Sonra uşaqlara Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Naxçıvan Həmkarlar İttifaqları Şurası tərəfindən bayram hədiyyələri təqdim olunub.