
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzvü Naxçıvan Həmkarlar İttifaqları Şurasında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Şuranın sədri Qəzənfər Abdullayev çıxış edərək qadınları təbrik edib, onların səmərəli fəaliyyətindən və həmkarlar ittifaqlarındakı rolundan danışıb.
Sonda tədbirdə iştirak edən xanımlara gül dəstələri təqdim edilib.