ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

14 Fevral 2025

Mərkəzi Gömrük Hospitalında yanğın təhlükəsizliyi ilə bağlı təlim keçirilib

Mərkəzi Gömrük Hospitalında yanğın təhlükəsizliyi ilə bağlı təlim keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyi Mərkəzi Gömrük Hospitalında ilkin yanğın təhlükəsizliyi qaydaları ilə bağlı təlim keçirib. 

Mərkəzi Gömrük Hospitalının rəisi - baş həkim Bəxtiyar Musayev hospitalda yanğın təhlükəsizliyi ilə bağlı mütəmadi olaraq həyata keçirilən tədbirlər barədə təlim iştirakçılarına məlumat verib.

Birliyin sədr müavini Asəf Ağayev isə yanğın təhlükəsizliyi ilə bağlı təşkil olunan bu cür tədbirlərin əhəmiyyətindən danışıb, növbəti mərhələlərdə praktiki təlimlərin də keçiriləcəyini bildirib.

Tədbirdə hospitalın işçilərinə yanğın zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları izah edilib, onlar təhlükəsizlik və xilasetmə ilə bağlı təlimatlandırılıblar.