ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

11 Mart 2025

Maarifləndirmə tədbiri keçirilib

Maarifləndirmə tədbiri keçirilib

AHİK-in nümayəndəsi tədbirdə çıxış edib, sualları cavablandırıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhərində fəaliyyət göstərən işəgötürənlərin əmək sahəsində maariflənmə işinə dəstək vermək məqsədilə tədbir keçirib.
Tədbir “Analığın mühafizəsi, qadınların əmək hüquqları, gender bərabərliyi” və “İş yerlərində əməyin mühafizəsi” mövzularına həsr edilib.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əməyin və sağlamlığın mühafizəsi şöbəsinin müdir müavini Ruslan Bağırov da iştirak edib. AHİK nümayəndəsi həmkarlar ittifaqlarının əməyin mühafizəsi və işçilərin hüquqlarının qorunması sahəsində görüdüyü işlər barədə məlumat verib, sualları cavablandırıb.