Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Bakıda səfərdə olan Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) Baş katibinin müavini Erik Manzi ilə birlikdə dünya mədəni irsinin incilərindən sayılan İçərişəhərdə olub.
Qonağa buradakı tarixi-memarlıq abidələri haqqında məlumat verilib. Miniatür Kitab Muzeyindəki gəzinti və nümayiş olunan eksponatlar Erik Manzinin xüsusi marağına səbəb olub.
Sonra Konfederasiyasının sədri Sahib Məmmədov və BHİK-nın Baş katibinin müavini Erik Manzi “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna gedərək təbii qazın çıxması nəticəsində alovlanan möcüzəni müşahidə ediblər. Qonaq tarixi abidə haqqında məlumatlandırılıb.
Erik Manzi Azərbaycanda olmaqdan, COP29-da iştirak etməkdən məmnunluğunu bildirib, Bakı şəhərinin gözəllikləri ilə bağlı xoş təəssüratlarını bölüşüb.