![İttifaq üzvünə mükafat verilib](https://www.ahik.org/storage/pages/512/whatsapp-image-2025-01-31-at-203538-1p.jpg)
Azərbaycan Dövlət Aqrar Universitetinin Elmi Şurasının iclası keçirilib.
İclasda iştirak edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Birliyinin (ASİHİB) sədri Fuad Məmmədov universitetlə həyata keçiriləcək birgə tədbirlər haqqında məlumat verib, ittifaq üzvlərinin əmək hüquqlarının qorunması istiqamətində görüləcək işlərdən danışıb.
Həmçinin iclasda həmkarlar ittifaqının üzvü, akademik Fuad Əliyevə 75 illik yubileyi münasibətilə ASİHİB-nin diplom və hədiyyəsi təqdim olub.